İmam Zamana (ə.f) beyət edəcək ilk şəxs
Mьəllif: admin1
Tarix: 8-03-2023, 11:22
İmam Zamana (ə.f) beyət edəcək ilk şəxs
O zaman ki, İmam Zaman ağanın (ə.f) qiyamı elan ediləcəkdir, beyət mövzusu irəli çıxacaqdır. Belə bir sual yaranır ki, bəs İmama (ə.f) ilk beyət edən şəxs kim olacaqdır?

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, İmam Zaman ağaya (ə.f) ilə ilk beyət edəcək və əlini öpəcək şəxs Həzrət Cəbrayil (ə) Əmin olacaqdır.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah Təala Həzrət Qaimə (ə.f) zühur icazəsini verəcəkdir, o Həzrət (ə.f) minbərə qalxacaq və insanları özünə tərəf dəvət edəcəkdir.

Allaha and verəcək və öz haqqı üçün insanları dəvət edəcəkdir ki, Peyğəmbərin (s) yoluna əməl etsinlər. Bu zaman Allah Cəbrayil (ə) Əmini göndərəcəkdir ki, onun yanına gəlsin.

Cəbrayil (ə) İsmayil həcərində Həzrətin yanına gələcək və deyəcəkdir: “İnsanları nəyə çağırırsan?” Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verəcəkdir.

Cəbrayil (ə) deyəcəkdir: “Mən ilk şəxsəm ki, səninlə beyət edirəm. Əlini beyət üçün aç”.

Bu zaman əlini Həzrətin əlinə qoyacaqdır. 310 nəfərdən çoxu onun yanına gələcək və beyət edəcəkdir. Məkkədə qalacaqdır ki, tərəfdaşları on min nəfərə çatsın. Sonra oradan Mədinəyə yollanacaqdır”.

Həmçinin nəql edilir ki, Həzrət Qaim (ə.f) arxasını (Kəbə evinə) çevirəcək və əlini uzadacaqdır – Həzrət Musanın (ə) əli kimi. Və deyəcəkdir: “Bu, Allahın əlidir və Allah tərəfindəndir. Allahın əmri ilə uzanmışdır”.

Həzrətin (ə.f) əlini öpən ilk kəs - Cəbrayildir (ə). O, Həzrətlə (ə.f) beyət edəcək və onun ardınca mələklər, cin nəcibləri beyət edəcəkdir.

Cəbrayil (ə) - o mələkdir ki, Peyğəmbərə (s) vəhy gətirərdi. O, dörd yaxın mələkdən biridir ki, vəzifəsi peyğəmbərlərə (ə) vəhy çatdırmaq olmuşdur. Ona Ruhul-əmin, Ruhul-qudus və Hatəf də deyirlər.

İnsanların gizli düşüncələrindən xəbərdar olduğu üçün Namus da adlandırırlar. O, yaşıl libaslı mələklərdəndir. Bu mələk ruh şəklində Həzrət Məryəmə (s.ə) zahir olmuşdu və üfləməsi ilə Həzrət İsanı (ə) bətninə salmışdır.

Yəhudi, xristian və İslam dinlərində ondan çox söz açılmışdır. Cəbrayil (ə) Həzrət İbrahimi (ə) atəşdən xilas etmişdi. Həzrət Musanı (ə) Fironla mübarizədə qorumuşdu.

Firon ordusunu dənizdə boğmuşdu. Həzrət Davuda (ə) zireh düzəltməsini öyrətmişdi. Həzrət Danyala (ə) yuxu yozumunu öyrətmişdi.

Həzrət Zəkəriyyəyə (ə) Həzrət Yəhyanın (ə) doğumunu müjdə vermişdi. Quranı Peyğəmbərə (s) nazil etmişdi. O, merac gecəsində Həzrət Rəsulun (s) həmsəfəri idi.

Hədislərə görə Cəbrayil (ə) 50 dəfə Həzrət İbrahimə (ə), 400 dəfə Həzrət Musaya (ə), 10 dəfə Həzrət İsaya (ə), 24 min dəfə Həzrət Peyğəmbərə (s) nazil olmuşdur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930