Həzrət Zəhra(s.ə) zalının 2-ci mərhələsi də istifadəyə verildi
Mьəllif: admin1
Tarix: 21-09-2016, 22:50
Bцlmə: Xəbərlər
Həzrət Zəhra(s.ə) zalının 2-ci mərhələsi də istifadəyə verildi
“Qədir Xum” bayramı ilə bir vaxtda həzrət Fatimə Zəhra(s.ə) zalının ikinci hissəsinin açılış mərasimi olub. Həmçinin, həzrət Əli(ə)-ın zərihi də İran İslam Respublikası Rəhbərlik Xübrəqanı Məclisinin sədri Ayətullah Cənnətinin iştirakı və Kaşan gülabı ilə yuyulub.

Qədir bayramıdır və vilayət aşiqləri bayram edirlər. İmam Əli(ə)-ın zərihi isə İranın Rəhbərlik Xübrəqanı Məclisinin sədri Ayətullah Cənnətinin iştirakı və Kaşan gülabı ilə yuyulub. (15 saniyə)



Seyid Əli Musəviyan – İnqilab Rəhbərinin Kaşan üzrə nümayəndəsi: “Qədir bayramı və həzrət Zəhra(s.ə) zalının açılışı münasibəti ilə buranı da hər il Allah evini yumaq istədiyimiz gülab ilə yuduq.”



Seyid Müctəba Hüseyni – İnqilab Rəhbərinin İraq üzrə nümayəndəsi:

“Allaha çox şükürlər olsun ki, bizi İmam Əli(ə)-ın vilayətinə iman gətirənlərdən və onun yolunu davam etdirənlərdən qərar verib. Və o həzrətə layiq olmağı arzu edirik.”



Qədir bayramı ilə bir vaxtda Həzrət Zəhra(s.ə) zalının ikinci hissəsinin açılışı oldu. Və zəvvarlar tərəfindən sevinclə qarşılandı. (8saniyə)



Müqəddəs Məkanların Bərpası Qərargahı tərəfindən aparılan əməliyyatın bu mərhələsinin başa çatması ilə ümumilikdə zalın 7500 kvadart metri istifadəyə hazırdır. (9 saniy)



Mühəndis Əmiri – Həzrət Zəhra(s.ə) zalı layihəsinin müdir əvəzi:

“Buranın tamamilə İran memarlığı olduğunu söyləmək olar.”



Əlbəttə, Müqəddəs Məkanların Bərpası Qərargahı həzrət Zəhra(s.ə) zalının quraşdırılması ilə yanaşı İmam Əli(ə)-ın məqbərəsinin günbəzi və İmameyn Cavadeyn(ə) məqbərəsinin minarələrinin qızıl vərəqələr ilə örtülməsi habelə, İmameyn Əsgəreyn(ə)-ın hərəminin genişləndirilməsi və onlarla digər iri layəni həyata keçirir. ( 16 saniyə)



Həsən Polari – Müqəddəs Məkanların Bərpası Qərargahının rəisi:

“Burda həzrət Zəhra(s.ə) və Kərbəlada Əqil Bəni Haşim zalları layihəsini icra edirik. Nəcəf və Kazımeyndə isə Sahib Əzzəman zalı ilə İmam Əli(ə) məqbərəsinin gümbəz və minarələrinin qızıl vərəqələrlə örtülməsi layihələri də var. Həmçinin, tezliklə Samirranın genişləndirilməsi layiəsinə də başlayacağıq.”



Həzrət Zəhra(s.ə) zalı 60 000 kvadrat metrlik bir ərazidə inşa edilir. 4 mərtəbəli olacaq binanın ümumi sahəsi 240 000 kvadrat metr olacaq. Bu layihə 2 ilə kimi başa çatmalıdır.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031