Kitab oxumaq ömrü uzadır
Mьəllif: admin1
Tarix: 19-09-2016, 11:42
Bцlmə: Xəbərlər
Kitab oxumaq ömrü uzadır
Kitab oxumağın ömrü uzatdığı sübut edildi.

Elm adamlarının etdiyi araşdırmanın nəticələrinə görə kitab oxuyanlar iki il daha çox yaşayır.

Mütəxəssislərin etdiyi araşdırmada kitab oxumayan və müntəzəm kitab oxuyan insanların həyat müddəti müqayisə edildi.

ABŞ araşdırmaçılarının əldə etdikləri nəticəyə görə, kitab oxumaq vərdişinin həyat müddətini uzatdığı görülüb və həftədə 3,5 saat kitab oxumaq uzun yaşamaq üçün idealdır.

Aparılan araşdırmalarda, həftədə ən az bir neçə saat kitab oxuyan adamların oxumayanlara nisbətən 2 il daha çox yaşadığı müəyyənləşdirilib. 3 min 635 nəfər ilə aparılan tədqiqatda, həftədə 3.5 saat kitab oxumaq, bir az daha uzun yaşamaq üçün əla fürsətdir.

Həmçinin həftədə 3.5 saat kitab oxumağın ölüm riskini 23% azaltdığı qənaətinə gəlinib. Bu səbəbdən də, mütəxəssislər hər yaş qrupunda olan şəxslərə kitab oxumağı tövsiyə edir.

Deyerler.org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930