Pakistanda qanlı cümə
Mьəllif: admin1
Tarix: 16-09-2016, 22:24
Bцlmə: Xəbərlər
Pakistanda qanlı cümə
Pakistanın qərbində cümə namazı zamanı törədilən partlayışda 16 nəfər ölüb, onlarla nəfər isə yaralanıb.

İRNA-nın məlumatına görə, bu terror aktı bu gün Pakistanın şimal-qərbində, Xeybər Pəxtunxah əyalətində yerləşən Mohmənd Agency məntəqəsində bir məsciddə törədilib.

Pakistan polisinin verdiyi məlumata görə, terrorçu kamikadze üzərindəki partlayıcı qurğunu məscidin girəcəyində işə salmağı bacarıb.

Hələ ki, bu terror aktının məsuliyyətini hər hansı bir tərəf üzərinə götürməyib.

Mohmənd Agency məntəqəsi Pakistanın səbatsız məntəqələrindən biridir və Pakistan ordusunun bütün səylərinə baxmayaraq, terrorçular hələ də bu məntəqədə aktiv iştiraka malikdirlər.

Çərşənbə axşamı da 2 terrorçu Sind əyalətində yerləşən Xanpur şəhərində Qurban bayramı namazında iştirak etmək istəyən şiələri hədəfə alaraq, 8 nəfəri yaralamışdı.

Bu hadisədə yaralanan hər iki terrorçu polis tərəfindən həbs edilib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031