Mövsüm Səmədov mərcəiyyətə ləbbeyk deyərək aclıq aksiyasını dayandırıb
Mьəllif: admin1
Tarix: 16-09-2016, 09:51
Bцlmə: Xəbərlər
Mövsüm Səmədov mərcəiyyətə ləbbeyk deyərək aclıq aksiyasını dayandırıb
Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan lideri, siyasi məhbus Hacı Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşüb.

Vəkil bildirib ki, bu gün səhər saat 09:00 radələrindən etibarən doktor Mövsüm Səmədov 26 sentyabrda keçiriləcək referenduma etiraz olaraq başlatdığı aclıq aksiyasını dayandırıb. Eyni zamanda həbsxanadan verdiyi etiraz ruhlu bəyanatlar səbəbindən 15 gün müddətinə salındığı karsın müddəti bu gün bitib.

Yalçın İmanov əlavə edib ki, doktor Səmədovun səhhətindəki ümumi halsızlıq hələ də davam edir. Təzyiqi düşür, səhhətində problemlər mövcuddur: “Karsa salınandan 8-9 gün sonra Qırmızı Xaç Komitəsinin nümayəndələri Hacı Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur”.

AİP lideri aclıq aksiyası müddətində ona dəstək verən hər bir kəsə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Sentyabrın 12-də Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi rəsmən Mövsüm Səmədova məüraciət edərək onun İslama və Əhli Beyt Məktəbinə gərəkli olduğu üçün sağlamlığının qorunmasını zəruri sayaraq aclıq aksiyasına son qoymasını istəmişdir./Islaminsesi/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031