Arı zəhəri hər dərdə dərmandır
Mьəllif: admin1
Tarix: 4-09-2016, 22:55
Arı zəhəri hər dərdə dərmandır
Dünya üzərində texnologiyanın inkişaf etməsinə baxmayaraq, müasir təbabətin təbii dərmanlara qarşı olan diqqət də artır. Son texnoloji cihazlar ilə müayinə olan xəstələr belə müalicə və xəstəliklərin qarşısını almaq ərəfəsində bir çox dəfə təbii üsullara müraciət edirlər.

Əslində bir çoxunu bizə təbiətin hazır olaraq təqdim etdiyi dərmanlar arasında son illərdə ən populyar olanlardan biri də arı zəhəridir. Arıların özlərini təhlükə altında hiss etdiklərindən bədənlərindəki ifraz olunan və iynələrini düşmənlərinə sancdıqdan sonra axıtdığı kimyəvi maye olan arı zəhəri, bir çox dərdə dərmandır və həqiqətən də, dərman kimi qəbul edilir. Hər bir arıdan mikroqramlık miqdarda alınan arı zəhərini istehsal etmək də ağır bir prosesdir. Bu səbəbdən də, arı zəhərinin bir qramı belə olduqca bahadır.

Arı pətəklərinin girişinə yerləşdirilən elektrikli bir qurğu vasitəsilə, arı iynələrini çıxardıqları anda ifraz etdikləri arı zəhəri düşdüyü yerdən bir aparat vasitəsi ilə alınır. Arıların kiçikliyini gözünüzdə canlandırarkən əslində aparılan işin necə əziyyətli olduğunu təxmin etmək çox da güc deyil.

Mütəxəssislər arı zəhərinin bel və boyun ağrılarından şikayətçi olan xəstələrin müalicə prosesində faydalı olduğunu ifadə ediblər. Həmçinin tam olaraq müalicəsi hələlik mümkün olmayan nevroloji xəstəlikləri və romatizmal oynaq ağrıları olan xəstələrin mühüm mərhələ qeyd etməsini təmin edən, arı zəhəri, xərçəng kimi ağır xəstəliklərin müalicə proseslərinə də daxil edilməyə çalışılır.

Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031