Tiflis meri azərbaycanlıların kompakt yaşadığı kənddə olub
Mьəllif: admin1
Tarix: 23-08-2016, 10:25
Tiflis meri azərbaycanlıların kompakt yaşadığı kənddə olub
Bu gün Tiflis şəhərinin meri David Narimania Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının təşkilatçılığı ilə azərbaycanlıların kompakt yaşadığı Soğanlıq (Poniçala) kəndində olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə David Narimania, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, parlamentin keçmiş deputatı İshaq Novruzov, Soğanlıq (Poniçala) kəndinin daxil olduğu Krtsanisi rayonunun icra başçısı Giorgi Kobaleşvili və bu rayondan majoritar deputatlığa namizəd irəli sürülən Beka Odişaria çıxış ediblər.

Natiqlər sakinləri dinlədikdən sonra bir sıra vacib məsələlərin həllini müzakirə ediblər. Sakinlər kənddə uşaq bağçasının tikilməsini, asfalt yolun çəkilməsini, qəbiristanlıq üçün yeni torpaq sahəsi ayrılmasını təklif ediblər. D. Narimania çıxışında sentyabr ayından sakinlərin tələblərinin yerinə yetiriləcəyini bildirib. Giorgi Kobaleşvili və Beka Odişariya isə soydaşlarımızın problemlərinin həlli üçün çalışacaqları bildiriblər.

Sonra Tiflis meri Soğanlıq (Poniçala) kənd məscidində olub və din adamları ilə söhbət edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930