Ayətullah Məkarim Şirazi Roma Papasına məktub yazıb
Mьəllif: admin1
Tarix: 19-08-2016, 23:14
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi Roma Papasına məktub yazıb
“Cənabınız Polşaya səfəriniz çərçivəsində zorakılığın İslama və hətta bütün dinlərə nisbət verilməsini düzgün hesab etməmisiniz. Buna görə çox məmnunam. Sizin İslamla bağlı məntiqi mövqeyiniz və bu dini İŞİD kimi qeyri-insanı təkfirçi qrupların əməllərindən uzaq bilməniz təqdirəlayiqdir”
İslaminSesi ABNA-a istinadla xəbər verir ki bunu islam dünyasının təqlid mərcələrindən olan ayətullah Məkarim Şirazi Roma Papası Fransisə yazdığı məktubda deyib.

Rəhbərlərin digər dinlərlə bağlı və müxtəlif inancların adı ilə həyata keçirilən zorakılıqla bağlı mövqelərin açıq-aşkar şəkildə bəyan etmələrinin zəruriliyini bildirən ayətullah Məkarim Şirazi əlavə edib:

“Mən təkfirçi ünsürlərin Fransa kilsələrinin birində dəlisov şəkildə bir keşişin vəhşiliklə öldürülməsini qətiyyətlə pisləyir və məhkum edirəm. Öncəki məktubda sizə bildirdiyim kimi açıq-aşkar şəkildə deyirəm ki, bütün İslam alimlərinin fikrincə və əksər müsəlmanların fikrincə təkfirçi firqələr İslamdan xaricdirlər və bu günlərdə bəşəriyyətin ən böyük bəlasıdırlar. Biz illərdir ki bu təhlükə barədə xəbərarlıq edirik.

Biz son iki ildə Müqəddəs Qum şəhərində iki dəfə təkfirçilərin təhlükələri və dini yoldan azması barədə konqreslər təşkil etmiş və 80 ölkədən tanınmış İslam alimlərini dəvət etmişik. Bu konqreslərdə hamılıqla ortaq məxrəcə gəlmişik ki, insanları qətlə yetirən hər bir zorakılıq və terror qəbuledilməzdir və islam göstərişlərindən deyil….
Təkidlə deyirik ki əgər bəzi imperialist dövlətlərin maddi mənfəət siyasətlərinə görə terrorçu və təkfirçi qruplara yardımı olmasaydı onlar çoxdan məhv edilmişdi….”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930