İmam Əlinin (ə) kəlamının ayətullah Xamenei tərəfindən izahı
Mьəllif: admin1
Tarix: 18-08-2016, 17:14
Bцlmə: Xəbərlər
İmam Əlinin (ə) kəlamının ayətullah Xamenei tərəfindən izahı
Əxlaqi bir hədis ayətullah Xameneinin tövsiyələrində
İslaminSesi – Ayətullah Seyyid Əli Xamenei həzrət Əlinin (ə) töhmət və sirlə bağlı məşhur hədisinə belə izah verir:

“İmam Əbi-Cəfər əl-Baqirdən o da atasından, o həzrət də babasından nəql edir ki Əmirəlmöminin Əli (ə) buyurur:
Hər kim töhmətlər və ittihamlar məkanında dursa, ona qarşı pis fikirləşənləri məlamət etməsin və danlamasın. Hər kəs ki sirrini gizlətsə, ixtiyarı öz əlində olacaq."

Ayətullah Xamenei tərcümə edərək deyir:

Töhmətli yerlərdə duracaqsansa sənə qarşı pis fikirdə olanları danlamamalısan. Ona görə də töhmətli və şübhəli məkanlardan uzaq durmalısan. Sirri də başqasına deyəcəksənsə üçüncü və beşinci də biləcək, bu zaman kontrol və ixtiyar əlindən çıxacaq”.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031