Miqren xəstələrinə şad xəbər- Miqrenin dərmanı tapılıb
Mьəllif: admin1
Tarix: 16-08-2016, 15:45
Bцlmə: Xəbərlər
Miqren xəstələrinə şad xəbər- Miqrenin dərmanı tapılıb
İranın Pərdis Texnelogiyalar parkında fəaliyyət göstərən bir şirkət Miqren xəstəliyini tamamilə müalicə edən bitgimənşəli dərman hazırlayıb.

Maide.Az İranın MEHR agentliyinə istinadən xəbər verir ki, bu bitgimənşəli dərmanın hazırlanmasında çobanyastığı və lavandadan istifadə olunub.

Məlumatda bildirilir ki, artıq 8 ildir ki, bu dərman sınaqdan keçirilir və bir neçə min xəstənin üzərində bu dərman test olunub. Testin nəticələrinə görə dərmanı istifadə edən miqren xəstələrinin təqribən 80 faizi dərmandan müalicə olunaraq sağalıblar.

Hazırda bu dərmanın geniş miqyasda istehsalına başlanılması üçün işlər görülür. “Miqri Hil” adlanan bu dərmanın miqren xəstəliyini tamamilə məhv etdiyi bildirilir və indiyədək dünyada bu dərmana alternativ dərman olmadığı iddia olunur.

Qeyd edək ki, miqren - başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031