Ali Dini Rəhbər: "Təlim və tərbiyə sahəsində mütəfəkkir nəsli tərbiyə etmək xüsusi əhəmiyyət kəsb edir"
Mьəllif: admin1
Tarix: 8-05-2014, 01:31
Ali Dini Rəhbər: "Təlim və tərbiyə sahəsində mütəfəkkir nəsli tərbiyə etmək xüsusi əhəmiyyət kəsb edir"
İslam İnqilabının Böyük Rəhbəri Təlim və tərbiyəni himayə etməyi, xalq övladlarının parlaq taleyi və İranın sürətli maddi və mənəvi inkişafı uğrunda təsirli sərmayə adlandırıblar.
Həzrət Ayətullah Əl-üzma Xamenei bu gün çərşənbə minlərlə müəllimlə görüşdə elm , təfəkkür və əxlaqın öyrədilməsini müəllimlik peşəsinin 3 şərəfli və əsas xüsusiyyəti adlandırıblar.
O həzrət buyurublar: Elmi öyrətmək əhəmiyyətli vəzifədir amma daha əhəmiyyətli iş uşaqlara təfəkkür etməyi öyrətməkdir.
İnqilab Rəhbəri baxışın dərin olmasının əhəmiyyətinə toxunaraq buyurublar: Məktəblilər düzgün düşünmə əhval ruhiyyəsini müəllimindən öyrəndiyi təqdirdə ölkənin gələcəyi təfəkkür və məntiqə əsaslanar buna görə də müəllimlərin ağır vəzifələri var.

Böyük Rəhbər təkidlə bildiriblər: Xalqın böyük məqsədlər və amallarına çatmaq üçün səbirli, ağıllı , dindar, yaradıcı, mehriban, şücaətli, pərhizkar, ədəbli və təşəbbüs edici insanlara ehtiyac var və müəllimin belə insanları tərbiyə etməkdə rolu əsas və dərindir.

O həzrət təlim və tərbiyə sahəsində inqilabçı və dindar şəxslərə arxalanmanın zəruriliyinə işarə edərək əlavə ediblər: Xalq və rəsmilər İslam və Quranın bərəkətinə, maddi mənəvi və əxlaq baxımından nümunə və inkişaf etmiş bir ictimaiyyət yaratmaq istəyir və bu istiqamətdə bacarıqlı, mütəfəkkir və əzmkar bir nəsli tərbiyə etmək lazımdır və dindar və inqilabçı müdirlər və insanlar bu işi həyata keçirənlərdirlər.

Həzrət Ayətullah Əl-üzma Xamenei siyasi cərəyanlar və baxışları təlim və tərbiyə sahəsində bir zəhər kimi adlandıraraq əlavə ediblər: Təəssüflər olsun ki bir dövrdə bu baxış üstünlük daşıyaraq çoxlu ziyanlara səbəb olub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930