Ayətullah Xameneinin kitab mütaliəsi dünyanın nüfuzlu media manşetlərində
Mьəllif: admin1
Tarix: 15-07-2016, 10:21
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin kitab mütaliəsi dünyanın nüfuzlu media manşetlərində
İslam İnqilabının rəhbəri Ağa Qədimin "Xına Gecəsi" kitabını çox bəyəndiyini deyib. "Mənim Komandanım" kitabının isə ona dərindən təsir etdiyini vurğulayıb
İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xameneinin rəsmi “Twitter” səhifəsi üzərindən paylaşılan məlumatlar dünya ictimaiyyətinin və mediasının marağına səbəb olub.

İslaminSesi nüfuzlu “The Guardian” qəzetinə istinadən məlumat verir ki, “Twitter” səhifəsində Ayətullah Seyyid Əli Xameneinin dünya ədəbiyyatının hansı klassiklərinin kitablarını oxuduğu və hansı əsərlərə üstünlük verdiyi, eləcə də kitablarla bağlı tövsiyyələri yer alıb.

Ayətullah Xameneinin Rus ədəbiyyatı müəlliflərindən Mixail Şoloxovun "Və Sakit Axırdı Don", Tolstoyun "Əzab Yolu" kitabını oxumağı çox sevdiyini açıqlaması dünyanın nüfuzlu media orqanlarının manşetində yer alıb. Ayətullah Xameneinin intellektual potensialı və kitab tövsiyələri böyük əks-səda doğurub. Dahi inqilab rəhbəri bu kitabları inqilabı stimullaşdırmada daha yaxşı bir seçim adlandırıb. İslam İnqilabı rəhbərinin şeir və romana, kino və vizual sənətlərə üstünlük verdiyi açıqlanıb.

Ayətullah Seyyid Əli Xameneinin dünya ədəbiyyatının müəllifləri və əsərləri barədə tövsiyələri: "Mənə görə Viktor Hüqonun "Səfillər" əsəri tarix boyu yazılmış ən yaxşı romandır. Şübhəsiz ki, mən tarixdəki bütün romanları oxumamışam. Amma müxtəlif əsrlərə aid bir çox roman mütaliə etmişəm. Məsələn, "İlahi Komediya", "Arslan Əfsanəsi", "Min Bir Gecə Nağıllarını" və digər çox qədim tarixə malik əsərləri oxumuşam. Viktor Hüqonun yazdığı romana baxanda, heç kimin bundan daha yaxşısını yazmayacağını, əgər yazıbsa belə bu əsərin hələ məlum olmadığını deyə bilərəm. Romanlar aləmində “Səfillər” in bir möcüzə olduğunu demək mümkündür. Bütün gənclərə tövsiyə edirəm ki, “Səfillər” romanını bir dəfə də olsa oxusunlar. Səfillər həm sosiologiya , həm tarix, həm tənqid, həm sevgi, həm də ilahi bir kitabdır.

Ayətullah Xamenei həmçinin "Və Sakit Axardı Don" romanını da dünyanın ən yaxşı əsərlərindən biri adlandırıb. İlk cildin daha uğurlu olduğunu, sonrakı cildlərin isə orta səviyyədə yazıldığını bildirib. Yazıçının növbəti kitabının, "Oyadılmış Torpaqda" əsərinin də yaxşı olmadığını vurğulayıb: “Mən, "Və Sakit Axırdı Don" kitabını İnqilabdan əvvəl oxumuşam. Niyə bir İslam ölkəsində mənim kimi ruhani alim "Və Sakit Axırdı Don" kitabını oxuyur? Əgər bu kitabda heç bir cazibə olmasa idi, o zaman oxumazdım. Cəlal Əli Əhməd "Xidmət və Ziyalıların Xəyanəti" kitabında 1950-ci illərin ziyalılarından bəhs edir. Əli Əhməd bu kitabı 1943-ci ildə yazmağa başlayıb və 1947-ci ilə qədər davam edib. 1947-ci ildə Əli Əhməd Məşhəd şəhərinə gəldi və biz onunla görüşdük. Bizdən məlumatlı olduğumuz məsələlər haqqında informasiya istədi. O zaman bu kitabı yazdığını anladıq. Kitab Əli Əhmədin vəfatından sonra dərc olundu. Aleksey Tolstoy çox güclü bir müəllifdir və çox yaxşı romanları var. Müəllifi Rus olan (Mixail Bulgakov) "İt Ürəyi" adlı bir romanı oxumuşdum. Bu roman fantastik elmi hekayəni özündə ehtiva edən kiçik bir bədii kitabdır. Eyni zamanda İranda da tərcümə edilib. İnqilabın əksinə olan bir əsərdir. Təxminən 1925-1926-ci ildə, yəni Rusiya İnqilabının əvvəllərində yazılmışdır”.

İslam İnqilabının rəhbəri Ağa Qədimin "Xına Gecəsi" kitabını çox bəyəndiyini deyib. "Mənim Komandanım" kitabının isə ona dərindən təsir etdiyini vurğulayıb. "Yaşasın Xalid" kimi bəzi qısa hekayələr, insana ruh verən əsərlərdir: “ Mən uşaqlara çox hekayə və ya romanlar tanıtmaq istəmirəm. Onlara sadəcə bəzi müəlliflərin adlarını tövsiyyə edə bilərəm. Məsələn, bir çox kitab müəlifi olan məşhur Fransız yazıçısı Mişel Zevakonun adını çəkmək mümkündür. Mən onun romanlarının çoxunu gənclik illərimdə oxumuşam. "Həsən Əli Xan Mestufinin Xatirələri” da olduqca gözəl bir kitabdır. Bu kitabı "Cəvahirləl Nehrunun Tərcümeyi-halı" ilə müqayisə etdikdə, heç də ondan geri qalmadığını görə bilərik. Eləcə də, "Con Romain Rolland" ın kitabının qiyməti bu əsərlərdən də üstündür. Bu kitab, həm tarix, həm ədəbiyyat, həm əxlaq, həm də sənətdir”.

Ayətullah Xamenei bildirib ki, İran haqqında kimsə yazmağa cürət etmirdi. Amma Afrika, Çili və ya Meksika haqqında rahat yazırdılar. Mən bu kitabları oxuyaraq bizim vəziyyətimizin da eyni vəziyyətdə olduğunu gördüm. Yəni bir fəhlə çalışaraq pul əldə edib özünə iş qurduqdan sonra, qazandıqlarını sərxoşluğa, sərsəri həyata xərcləyirdi. Bunlar bizim kitablarda oxuduğumuz nüanslardır. Lakin əvvəllər cəmiyyətimizdə də vəziyyət belə idi”.

Qeyd edək ki, İslam İnqilabının rəhbəri bu günə qədər çıxışlarında və bəyanatlarında dəfələrlə müxtəlif kitablar haqqında fikirlərini bildirib. Ayətullah Xameneinin bu açıqlamaları 2007-ci ildə Surə nəşrləri tərəfindən çıxarılan "Mən və Kitab" adlı əsərində dərc edilib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031