Güclü immunitet üçün təbii alma sirkəsi - RESEPT
Mьəllif: admin1
Tarix: 9-07-2016, 14:24
Güclü immunitet üçün təbii alma sirkəsi - RESEPT
Təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir.

Lakin bunu da nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi müalicəvi xüsusiyyətlərə malikdir.

Musavat.com saglamolun.az-a istinadən bildirir ki, alma sirkəsini ev şəraitində hazırlamaq olar. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.

Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930