Qarpız alanda bunları bilin ki, faydası ilə ziyanından xəbəriniz olsun
Mьəllif: admin1
Tarix: 7-07-2016, 23:55
Qarpız alanda bunları bilin ki, faydası ilə ziyanından xəbəriniz olsun
İsti yay günlərində süfrələrimizi bəzəyən qarpız dadlı olduğu qədər həm də orqanizm üçün olduqca faydalıdır. Ancaq qarpızın faydalarından yetərincə bəhrələnmək üçün onu alanda diqqətli olmaq vacibdir. Çünki keyfiyyətsiz qarpız faydadan çox ziyan verə bilər.

Əvvəlcə qarpızın orqanizm üçün faydalarını nəzərinizə çatdırırıq. Qarpızın tərkibində insan üçün zəruri olan bir çox vitamin və mikroelementlər var. Çəmisi 100 qram qarpız orqanizmi aşağıdakı maddələrlə təmin edir:

1. Su: 92.6 q.
2. Zülal: 0.6 q.
3. Karbohidratlar: 5.8 q
4. Üzvi turşu: 0.1 q.
5. Vitamin A: 0.1 mq.
6. Vitamin B1: 0.04 mq.
7. Vitamin B2: 0.06 mq.
8. Vitamin B6: 0.09 mq.
9. Vitamin B9: 8.0 mcg
10. Vitamin C: 7.0 mq.
11. Vitamin PP: 0.2 mq.
12. Dəmir: 1.0 mq.
13. Kalium: 64.0 mg
14. Kalsium: 14.0 mg
15. Maqnezium: 224.0 mq.
16. Sodium: 16.0 mq.
17. Fosfor: 7.0 mq.
Bu zəngin tərkibin müqabilində isə insan cəmisi 25 kilokalori qəbul edir.
Qarpız təbii antioksidantdır.
Susuzluğu aradan qaldırır.
Sidikqovucu xassəyə malikdir.
Qan təzyiqini tənzimləyir.
Xətçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir.
Orqanizmdən zərərli maddələrin xaric olunmasına köməklik edir.
Böyrəklər üçün faydalıdır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Göz problemlərinin yaranmasına mane olur, görmə qabiliyyətinə müsbət təsir göstərir.
Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
İtirilmiş enerjini bərpa edir.
Orqanizmin immun sistemini gücləndirir.
Ürək-damar xəstəlikləri olan insanlar üçün faydalıdır.
Qanazlığı, anemiya xəstəliklərində effektli vasitədir.
Bədənin rütubətliliyini tənzimləyir.
Həzm sistemini, o cümlədən bağırsaqların fəaliyyətini normallaşdırır.
Şəkərli diabet xəstələri üçün qarpızdan istifadə məhdudlaşdırılmalıdır.

Demək olar ki, biz hər yay mövsümündə qarpızdan zəhərlənmə ilə bağlı neçə-neçə hadisələrlə üzləşirik. Buna görə də qarpız alarkən diqqətli olmaq vacibdir. Bəs nələrə diqqər yetirilməlidir?

1. İlk növbədə qarpızı onun təbii yetişdiyi dövrdə almaq lazımdır.
2. Qarpızın üzərindəki naxışlar aydın olmalıdır.
3. Keyfiyyətli qarpız işıq altında parıltılı görünməlidir.
4. Qarpızın üzərində sarı ləkələrin çox olması onun keyfiyyətsiz olduğunun əlamətidir.
5. Qarpızın saplağı quru olmalıdır. Saplaq yaşdırsa demək o vaxtından əvvəl dərilib.
6. Çəkisi 7-8 kiloqramdan artıq olan qarpızı almaq məsləhət deyil. Adətən iri qarpızlar süni yolla yetişdirilir.
7. Qarpız alarkən satıcının onu kəsməyinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob və bakteriyaların düşmə ehtimalı böyükdür.
8. Qarpızın yetişməsini müəyyənləşdirmək üçün klassik üsul sayılan çırtma vurarkən boşluqdan gələn səs çıxmalıdır.
9. Qarpızın tərkibində olan nitratın səviyyəsini isə yalnız kəsdikdən sonra bilmək olar. Əgər ağ və sarımtıl zoğlar çoxdursa demək nitratın səviyyəsi də artıqdır.
10. Qarpızda nitratın səviyyəsini yoxlamaq üçün onun yeyilən hissəsini suya atın. Əgər su bulanırsa qarpız keyfiyyətlidir, əgər suyun rəngi dəyişib qırmızıya çalırsa demək süni yolla yetişdirilib.
11. Digər bir üsul. Qarpızı bötöv halda suya atın. Suyun üzərində qalan qarpız onun keyfiyyətindən, suda batan qarpız isə keyfiyyətsizliyindən xəbər verir.

Qarpız alarkən tələsməyin. Az bir vaxt itkisinə yol versəniz də siz yayın bu sevimli bostan birkisinin keyfiyyətlisini əldə edə biləcəksiniz. Bununla da onun faydalarından bəhrələnməklə yanaşı qarpızdan zəhərlənmək ehtimalından da uzaq olacaqsınız. (Modern.az) Faktxeber.com


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031