Rusiyanın Təhsil Nazirliyi hicab qadağasının yolverilməz olduğu barədə qərar qəbul edib
Mьəllif: admin1
Tarix: 3-07-2016, 11:13
Bцlmə: Xəbərlər
Rusiyanın Təhsil Nazirliyi hicab qadağasının yolverilməz olduğu barədə qərar qəbul edib
Təhsil müəssisələrində hicab geyinməkdən "yaxşı heç nə yoxdur" - Vladimir Putin
İslaminsesi-nin verdiyi məlumata görə, Rusiyanın Təhsil və Elm Nazirliyi zahiri əlamətlərinə görə tələbələrin ali məktəblərə çıxışını məhdudlaşdırmağı yolverilməz adlandırıb. Bu barədə nazirliyin mətbuat xidmətindən RİA Novosti agentliyinə hicablı abituriyentlə bağlı vəziyyəti şərh edərkən bildirilib.

"Ali təhsil üzrə təhsil təşkilatlarına bu səbəblərə görə istənilən imkan məhdudlaşdırılması yolverilməzdir. Tələbələrin xarici görünüşü üzrə tələblər ali məktəbin daxili nizam-intizam qaydaları ilə müəyyən edilməlidir, ali məktəbin administrasiyası isə bu tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir. Rusiyada təhsil hüququ cinsindən, irqindən, milliyyətindən, dilindən, mənşəyindən, əmlak, sosial və vəzifə vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq zəmanət edilir." - deyə, nazirliyin mətbuat xidmətindən verilən açıqlamada deyilir.

Qeyd edək ki, bir müddət öncə KİV-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun mühafizəsinin hicablı abituriyenti buraxmaqdan imtina etməsi məlumatları yayılmışdı. MDBMİ - Rusiyanın Xarici İşlər Nazirliyinin ali müəssisəsidir.

Rusiyanın təhsil ocaqlarında hicab geyimi məsələsi dəfələrlə müzakirə edilmiş, ölkənin prezidenti bu baxımdan "Rusiyanın təhsil müəssisələrində hicab geyinməkdən yaxşı heç nə yoxdur" deyə bildirmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930