"Coca-Cola"nın iyrənc tərkibi
Mьəllif: admin1
Tarix: 6-01-2019, 10:19
"Coca-Cola"nın iyrənc tərkibi

“Coca-Cola” içirsiniz? İnanmıram bu yazını oxuyandan sonra sizdə iştaha qalsın. Çünki reklam dili ilə desək süfrələrin bəzəyi olan bu içkinin nədən düzəldildiyini bildikdə daha onda heç bir bəzək qalmayacaq. Bir az əvvələ qayıdaq. “Coca-Cola” və bir çox ticarət markalarının müsəlmanlar arasında haram olduğunu yəqin ki, eşitmisiniz.

Artıq bir neçə ildir ki, İslam dünyası yəhudi istehsalı olan və gəlirinin bir qisminin İsrail ordusunun möhkəmlənməsinə ayıran yəhudi şirkətlərinin mallarından imtina edir. “Nestle” də həmin siyahıya daxil idi və təxminən 1 ay bundan əvvəl bu ticarət markasının Azərbaycanın başına gətirdiyi oyun da yəqin yadınızdan çıxmayıb. “Nestle” nin loqosundakı “Gözəl Yemək, Gözəl Həyat” devizi əslində yalan uydurmalardan başqa bir şey deyilmiş.

Bu firma məsuliyyətsizlik edərək Azərbaycanı təcavüzçü dövlət kimi CD-lərində göstərmişdi. Bu CD-lər dünyada bir çoxlarının evinə girdi, uşaqlar və böyüklər tərəfindən baxıldı. Demək milyonlarla insan Azərbaycanı təcavüzçü kimi tanıdı. Bu olaydan sonra bəziləri “Nestle”ni məhkəməyə verəcəyini də dedi. Amma artıq zərbə dəyib, indi biz bu yaramıza məlhəm qoya bilərik sadəcə.

Bu məhkəmə qalsın bir yana, sizə başqa bir məhkəmə prosesindən danışmaq istəyirəm. Məhkəmədə dinlənilən hekayə və dəlillərdən siz də xəbər tutun. Seçim sizindir, istəyirsiniz inanın, istəyirsiniz yox. Dünyada ilk dəfə Türkiyədə (Antalya, 15 sentyabr-2006) “Coca-Cola” içkisinin tərkibinə görə məhkəmə prosesi başlamışdı.

120 illik tarixi və Atlantada baş ofisi olan “Coca-Cola”nın yaradıcısı doktor-farmasevt John S. Pemberton bu içkinin sirrini heç vaxt, heç kimə deməyəcəyinə təkid etmişdi. Lakin bu sirr 2007-ci ilin 19 martında açıldı. Türkiyə KİV-i isə bunu həqiqət hesab etmədi. “Coca-Cola” bazarda nüfuza malikdir, məsələyə qarışmağa dəyməz” deyib KİV məhkəmə işinin səbəblərini işıqlandırmadı.

Onlar bunu hətta desəydilər də, “Coca-Cola”nın böyük reklam kampaniyasının qarşısında heç nəyə nail olmazdılar. Amma biz bu fikirdən uzağıq. Biz reklama qarşı anti-reklam aparmırıq, sadəcə həqiqəti çatdırırıq. Qoy bilməyənlər də bilsin.

“Coca-Cola”nın iyrənc tərkibi

“Coca-Cola”nın gizli formulası Cochineal adlı həşəratdan sıxılıb alınan mayedir.Cochineal Meksikada, Kanar adalarında yaşayan həşəratdır. Adi şəraitdə artıb çoxalır. Bu həşərat kaktus bitkisinin üzərinə səpələnməklə orada sürətlə artmağa başlayır.

Yüksək məhsuldarlıq məqsədilə Cochineal üçün xüsusi plantasiya hazırlanır və burada Meksika kəndliləri bu həşəratı toplayır, qurudur, əzir və quru məhlul halına gətirirlər. “Carmine” adlanan məşhur rəng məhlulu da məhz bundan alınır.

Qədimdə latınlar bu məhlulu parçaların rənglənməsi üçün istifadə edirdilər. Bu, bütün “qara” rəngli içkilərin qara tarixçəsidir. Əlbəttə, burada hansı ticarət markasının olmasının nə əhəmiyyəti var ki? Bütün qara-qırmızı rəngli “cola” içkilərinin resepti eyni deyilmi məgər?

Türkiyədəki məhkəmədən sonra ilk olaraq Hindistan Ali Məhkəməsi “Coca-Cola”nın satışını, sağlamlığa ziyan olduğunu əsas götürərək qadağan etdi. Bundan bir az sonra Latviya “Coca-Cola” və “Pepsi” məhsullarının istifadəsində azyaşlılara məhdudiyyət qoydu. İngiltərə və Ukraynada isə bir neçə məktəbdə bu qanun qüvvəyə mindi.

Ağız dadı

Ola bilər ki, dünyanın o başında kimsə öz süfrəsinə bizim hətta adını belə çəkə bilmədiyimiz bir həşəratı qoyub ləzzətlə yesin. Biz o həşəratdan yeməyə məcbur deyilik.

Məsələn, gündoğan ölkədə, ümumiyyətlə Uzaq Şərqdə qurbağa, ilan çox iştahla yeyilir, meymun beyni delikates hesab olunur. Bizdə bu rəzilliyi kim dada bilər?

Hətta çox dadlı olsa belə, iyrənc hesab etdiyimiz bu heyvan və həşəratlardan hazırlanmış yeməkləri qoxumaq da ürək bulandırar. İçkilərimiz də həmçinin. Biri həşərat şirəsi içirsə, hökmən onun dadına biz də baxmalıyıqmı?

Ən azı tərkibini bilmədiyimiz bir içkini necə ləzzətlə başımıza çəkə bilərik, o ki qala həşərat şirəsi olsun. Təbii meyvə şirələrimizə, şərbətimizə, dadından doya bilmədiyimiz ayranımıza nə gəlib?

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930