Qüdsün azad olacağı günü görəcəksiniz
Mьəllif: admin1
Tarix: 23-06-2017, 08:24
Bцlmə: Xəbərlər
Qüdsün azad olacağı günü görəcəksiniz
Ayətullah Xamenei Qüds haqqında

İnşallah, həqiqi nigaranlıqlara rəğmən, şərafətli Qüdsün müsəlmanların əlinə düşəcəyi günü bəlkə də sizin çoxunuz görəcəksiniz. Biz olaq, yaxud olmayaq, hər halda, Fələstin və dünya xalqı bunu bir gün müşahidə edəcək.
Ümidvarıq ki, Allah-Taala Özünün lütf və bərəkətlərini, mərhəmət və köməyini Fələstin xalqına və İslam dünyasına nazil etsin. Biz üfüqləri işıqlı görürük. Biz müqavimətlə İslam dünyası və Fələstin üçün yaxşı gələcək proqnoz edirik. Biz düşünürük ki, İslam dünyasının hegemonizmin və sionizmin tamahları qarşısında geri çəkilib təslim olacağı gün onun son günü olacaq. Ümidvarıq Allah belə bir günü və belə bir vəziyyəti İslam dünyasına heç zaman göstərməsin.
Biz əminik ki, müsəlman Fələstin xalqının mübarizəsi və İslam dünyasının dəstəyi ilə Fələstin azad olunacaq, Beytülmüqəddəs, Əqsa məscidi və İslam torpağının digər bölgələri İslam dünyasının ağuşuna qayıdacaq, inşallah: "Və Allah öz işində qalibdir".
Mən iddia etmirəm ki, Fələstin məsələsi qısa müddət ərzində bitəcək. Lakin iddia edirəm ki, Fələstin mütləq fələstinlilərə qayıdacaq. Zaman qısa, yaxud uzun, ödənən bədəl ağır, yaxud daha ağır ola bilər. Amma bu hadisə mütləq baş tutacaq.
Əsas məsələ İslam ölkələrinin biz məmurlarının və müsəlman xalqların rəftarıdır. Əgər yaxşı çalışsaq, zaman qısalacaq və bədəl azalacaq. Əgər pis çalışsaq, zaman uzanacaq, bədəl ağırlaşacaq və onun bədəli təkcə Fələstin xalqının üzərinə deyil, bütün İslam dünyasının üzərinə düşəcək. Səhlənkarlıq edən, zalıma kömək edən şəxslər özləri bunun bədəlini verəcək, ziyanını çəkəcək və acılığını dadacaqlar.

Vilayet.info
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031