"Müsəlmanlar bir-biriləri ilə döyüşürkən işğalçı İsrail rejimi rahatlıqla seyr edir"
Mьəllif: admin1
Tarix: 30-04-2014, 13:53
Bцlmə: Xəbərlər
"Müsəlmanlar bir-biriləri ilə döyüşürkən işğalçı İsrail rejimi rahatlıqla seyr edir"

Ayətullah Nasir Məkarim Şirazi İslami Məzhəblər İxtisas Təşkilatının tələbə və müəllimləri qarşısında çıxış edib.
Tanınmış din alimi və təqlid mərcəsi Ayətullah Nasir Məkarim Şirazi İslami Məzhəblər İxtisas Təşkilatının tələbə və müəllimləri qarşısında etdiyi çıxışında, Qurani Kərimin İlahi bir kəlam olduğunu vurğulayaraq qeyd etdi: "Bax buna görə bu səmavi kitabda izah edilənlər üzərinə düşündükcə daha çox və yeni-yeni mənalar tapa bilərik ki, Şəxsən yazması 15 il davam edən "Təfsiri Nümunə"ni bitirdikdən sonra, Quranda mənim üçün hələ yeni olan mövzular olduğunu fərq etdim ".
Ayətullah Məkarim Şirazi daha sonra, İslam dünyasında Müsəlmanlar arasında qruplaşma və dağınıqlıq olduğu mövzusuna toxunaraq "Keçmişdə Xristianlarla Müsəlmanlar arasında xaç müharibələri vardı. Keçən əsrdə müharibə Sionist İsraillə Müsəlmanlar arasında idi. Amma bu gün şərtlərvə vəziyyətdə dəyişmiş, Müsəlmanlar bir-birləriylə döyüşürlər "şəklində qeyd etdi.

Qum Dini Elmlər Mədrəsəsi müəllim Ayətullah Məkarim Şirazi daha sonra qeyd etdi: "Bu gün bir çox ölkədə Müsəlmanlar bir-birinə qarşı müharibə vəziyyətindədirlər. Müsəlmanlar arasındakı bu qopuqluq və qruplaşmalar çox acınacaqlı haldır. Halbuki işğalçı İsrail dinclik sahilinə oturmuş seyr edir. Bu vəziyyətin müxtəlif səbəbləri var ki, onlardan biri, İslam düşmənlərinin bu gedişatdakı gizli əlləri, digəri də cahil dostlarıdır."
abna.ir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031