Sağlam qalmaq istəyənlərin nəzərinə
Mьəllif: admin1
Tarix: 1-06-2016, 21:45
Sağlam qalmaq istəyənlərin nəzərinə
Üzüm yeganə meyvədir ki, qurudulduqdan sonra daha xeyirli olur. Xüsusilə, qış aylarında qozla, fındıqla kişmişi qarışdırıb yeməyin öz ləzzəti var.

Türkiyəli həkim Şəfiqə Aydın bu faydalı çərəzin daha öncə heç yerdə eşitmədiyiniz faydalarından danışıb:

"Xüsusilə, qara kişmiş mütləq qida rasionunda yer almalıdır. Kişmiş dəmirlə zəngindir. Diş və sümükləri gücləndirir. İnsana enerji verir. Hamilələrə və əmizdirən analara tövsiyə olunur”.
Həkimin sözlərinə görə, ideal çəkidə qalmaq istəyənlər kişmişin ehtiva etdiyi kalorini nəzərə almalıdırlar:
"1 armudu stəkan kişmişdə 325 kalori olur. Ona görə də, kökəlmək istəyənlər kişmiş yeməlidirlər. İdeal çəkisini qorumaq istəyənlər isə həftədə 2-3 dəfə yarım stəkan kişmiş yeməklə kifayətlənsinlər”.
Həkim bildirir ki, kişmiş göz problemlərini aradan qaldırır, bağırsaq xərçənginin qarşısını alır.
"Göz üçün çox faydalıdır. Xərçəng xəstəliyinə, xüsusilə də bağırsaq xərçənginə qarşı təsirlidir. Klimaks dövründə qadınlar bol miqdarda kişmiş yeməlidirlər. Beləliklə, klimaks səbəbindən orqanizmdə baş verən dəyişikliklər daha gec nəzərə çarpacaq”.(publika.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930