Vəhabi müfti pişiklə selfi çəkdirməyi qadağan etdi
Mьəllif: admin1
Tarix: 30-05-2016, 11:09
Bцlmə: Xəbərlər
Vəhabi müfti pişiklə selfi çəkdirməyi qadağan etdi
Vəhabi Səudiyyə Ərəbistanında müfti Şeyx Saleh bin Favzan əl Fevzan son dövrlər ölkəsində insanların heyvanlarla, xüsusən də pişiklərlə selfi çəkməsinə qarşı çıxıb.

Əl Fevzan bu cür şəkilləri əngəlləmək üçün fətva verib. Qısa müddət öncə şahmatın qumar olduğu deyilərək, onun qadağan edildiyi Səudiyyə Ərəbistanında indi də it, pişik kimi heyvanlarla şəkil çəkdirilməsi qadağan olunub. “Əl Arabiya”nın xəbərinə görə, Səudiyyə Ərəbistanın ən nüfuzlu din xadimi olan, Din Adamları Yüksək Konseyinin üzvü Şeyx Saleh deyib ki, it-pişik kimi heyvanlarla şəkil çəkdirmək İslama ziddir. Hazırladığı həftəlik dini verilişdə tamaşaçıların suallarını cavablayan əl Favzan deyib ki, Səudiyyə Ərəbistanda Qərbdə olduğu kimi ev heyvanları ilə şəkil çəkdirmək dəb halına gəlib.

“Məcbur olmadıqca heyvanlarla şəkil çəkdirmək günahdır” deyən dini avtoritetin sözləri ölkədə ciddi müzakirə obyekti olub./musavat/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031