97 yaşlı savadsız qoca nənə Quranın bütün surələrini əzbərlədi
Mьəllif: admin1
Tarix: 29-05-2016, 22:27
Bцlmə: Xəbərlər
97 yaşlı savadsız qoca nənə Quranın bütün surələrini əzbərlədi
Səudiyyə Ərəbistanın cənub-qərbində yerləşən "Xəmis Məşit" şəhərindən olan Ənna bint Nasir Şimrani adlı 97 yaşlı savadsız qoca nənə Quranın bütün surələrini əzbərlədi.

Maide.Az xəbər verir ki, bu barədə Ərəbistanın cənub-qərbində yerləşən "Xəmis Məşit" şəhərinin "NƏBƏ Quran hifzi təlimi birliyi"nin rəisi Şeyx Mənsur ibn Əbdür-Rəhman Şüğeybi xəbər verərək deyib: Bu 97 yaşlı qoca nənə bizim birliyin Quran öyrənən şagirdlərindən idi ki, bu ilin təhsil rüblüyünün son imtahanlarını yuxarı nömrə ilə başa vurdu.

Şeyx Mənsur ibn Əbdür-Rəhman Şüğeybi əlavə etdi: "Xəmis Məşit" şəhərindən olan Ənna bint Nasir Şimrani adlı 97 yaşlı bu qoca nənə baxmayaraq ki, nə yazmaq bilirdi və nə də oxumaq, öz böyük iradəsi və çalışması nəticəsində Quran-Kərimin bütün ayələrini əzbərləyə bildi.

O əlavə edib ki, buna görə də bizim birlikdən bir heyət bu xanımın yaşadığı şəhərə gedərək onunla görüşdü, təşəkkür və qədrdanlıq mərasimi keçirərək bu xanıma xatirə hədiyyələri təqdim etdi və maddi hədiyyələr ilə mükafatlandırdı. (iqna)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031