Ürəyi möhkəmləndirmək üçün ƏN DADLI RESEPT
Mьəllif: admin1
Tarix: 12-05-2016, 18:29
Ürəyi möhkəmləndirmək üçün ƏN DADLI RESEPT
Sizə ürək xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı istifadə olunan çox tanınmış və faydalı xalq təbabəti reseptini təqdim edirik.


Bu vasitə ürəyi və damarları möhkəmləndirir, orqanizmi vacib vitamin və minerallarla təmin edir.


Hərəsi 200 qr olmaqla ərik qurusu, qara qavalı, qoz, limon (qabıqlı), yemişan, qara kişmiş götürülür, blenderdə əzilir, 1/2 kq duru bal əlavə olunur, yaxşı qarışdırılır. Qarışığı 7 gün ərzində soyuducuda saxlayın, vaxtaşırı olaraq qarışdırın. Qarışığı hər gün 1 xörək qaşığı olmaqla səhər tezdən acqarına qəbul edin və 1 stəkan təmiz su için.


Bu qarışıq həmçinin immun sistemini möhkəmləndirir, mədə-bağırsaq sisteminə müsbət təsir edir, insana əlavə enerji verir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031