İnqilab Rəhbəri: Cahillik ilə mübarizə İslam Ümmətinin ən önəmli vəzifəsidir
Mьəllif: admin1
Tarix: 5-05-2016, 22:02
Bцlmə: Xəbərlər
İnqilab Rəhbəri: Cahillik ilə mübarizə İslam Ümmətinin ən önəmli vəzifəsidir
İslam İnqilabının Böyük Rəhbəri İslam Ümmətinin ən mühüm vəzifəsini ABŞ-ın başçılıq etdiyi cahillik cəbhəsi ilə mübarizə adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı, Məbəs bayramı münasibəti ilə ölkə rəsmiləri, İslam ölkələri səfirləri və şəhid ailələri ilə görüşdə deyiblər: İran İslam Respublikası "besət" cərəyanının öncülü olaraq, İmam Xomeyninin(r.ə.) başlatdığı yolda, böyük qüdrətlərdən qorxmayaraq, öz hərəkətini davam etdirəcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) peyğəmbərliyə seçildiyi gün münasibəti ilə İslam Ümmətini və İran xalqını təbrik edib, "besət"in fəlsəfəsinə aydınlıq gətiriblər: "Məbəs, oyanış bayramı və ilahi fitrətə qayıdış günüdür. Məbəs, ağıl, ədalət, azadəlik və Allaha bəndəlik ilə yanaşı olan bir yaşama dönüşdür. İlahi pyeğəmbərlərin vəzifəsi isə insanları bu pak fitrətə və Allahın göstərişləri çərçivəsində təfəkkürə istiqamətləndirməkdir.

İnqilab Rəhbəri bəşəriyyətin davamlı olaraq "besət" ilə bağlı təlimlərə ehtiyaclı olduğunu vurğulayıb, cəhalət cərəyanını "besət" qarşısındakı cəbhə adlandırıb və deyiblər: Cahillik cərəyanı peyğəmbərin dövrünə aid olan bir məsələ deyil. Bu cərəyan, ilahi peyğəmbərlər tərəfindən istiqamətləndirilmiş və təfəkkürə əsaslanan cərəyan qarşısında mövcud olmuş və bu günə qədər davam edən bir cərəyandır.

İslam İnqilabının Böyük Rəhbəri dünyaya hakim kəsilmiş sionizm cərəyanını, şeytanların sistematikləşdirilməsinin bariz nümunəsi adlandırıb və deyiblər: Dünyanın hazırkı durumu hətta, Amerika kimi bir dövlət üzərində qələbə çalan, öz nüfuzunu bu ölkə hökumətinə qəbul etdirən, sionist sərmayə sahiblərinin geniş şəbəkəsinin dünyaya hökmranlığının nəticəsidir ki, müxtəlif cərəyanlar və partiyaların iqtidara gəlmələrinin yolu, bu sionist cərəyana tabe olmaqdan keçir.

Həzrət Ayətullahülüzma Xamnei İslam Ümməti və İran xalqının əzəmətli hərəkətlərinin habelə, İslami Oyanışın köklərində pozğun sionist cərəyanının hakimiyyəti ilə mübarizənin dayandığına işarə edərək, deyiblər: Elə buna görə də bu gün "İslamofobiya, İranofobiya və Şiəfobiya" Amerika və onun əlaltı dövlətlərinin başlıca siyasətinə çevrilib.

İnqilab Rəhbəri İran xalqı və digər müsəlman xalqların qüdrətlərin fəsadla yanaşı olan hərəkətləri qarşısındakı ayıqlığını, onların qəzəbinə səbəb olan başlıca amil adlandırıb və deyiblər: Elə buna görədir ki, İran ABŞ-ın regionla bağlı siyasətlərinə qarşı çıxmasına görə, sanksiyalar ilə təhdid edilir. Çünki, onlar İslam Respublikasını region ilə bağlı siyasətlərinin icrası yolunda maneə hesab edirlər.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin deyiblər: İran İslam Respublikası heç vaxt müharibəyə başlayan tərəf olmayıb və heç bir ölkə əleyhinə hərbi addım atmayıb. Amma, öz mövqeyini daim uca səslə elan edib və bundan sonra da edəcək.sahartv\



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031