Gicitkənin balla qarışığı - effektli MÜALİCƏVİ VASİTƏ
Mьəllif: admin1
Tarix: 1-05-2016, 21:40
Gicitkənin balla qarışığı - effektli MÜALİCƏVİ VASİTƏ
Gicitkən çox faydalı bitkidir. Gicitkən qanın tərkibinə çox müsbət təsir edir, qanı təmizləyir, qanazlığı zamanı müalicəvi vasitə kimi istifadə olunur, qaraciyəri və böyrəkləri təmizləyir.
Gicitkən xalq təbabətində müxtəlif dəmləmələr, cövhərlər, tinkturalar və s. tərkibində çox geniş istifadə olunur. Sizə gicitkəndən və baldan hazırlanmış və xalq təbabətində geniş istifadə olunan təbii dərmanın reseptini təqdim edirik.
50 qr təzə gicitkən blenderdə əzilir, üzərinə 1 stəkan təbii bal əlavə olunur, yaxşı qarışdırılır və 7 gün soyuducuda saxlanılır. Dərmanı hər gün qarışdırın.
1 həftədən sonra dərmanı istifadə etmək olar. Böyüklər bu qarışığı gündə 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edir. Qarışığı soyuducuda saxlayın.
Bu qarışıq qanın tərkibini yaxşılaşdırır, qanı, qaraciyəri, böyrəkləri təmizləyir, orqanizmə ümumimöhkəmləndirici təsir edir.
Nəzərinizə çatdıraq ki, gicitkən hamilə qadınlar və damarlarda trombların əmələ gəlməsinə meyilli olan insanlar üçün əks-göstəriş sayılır.

Saglamolun.Az

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930