Süd hər yaş üçün xeyirlidir
Mьəllif: admin1
Tarix: 30-04-2016, 10:15
Süd hər yaş üçün xeyirlidir
Qidalanma həyatın hər dövründə sağlamlığımız üçün əsas mənbədir. Optimal qidalanma "maksimum sağlam həyat” deməkdir. Qəbul etməyimiz vacib olan 4 əsas qidalardan biri süd və süd məhsullarıdır. Bu qrupdakı qidalar bədənimiz üçün lazımlı kalsium və vitamin B2-nin ən yaxşı qaynağıdır. Bir stəkan süddə 98 % B12, 44% B2 vitamini, 55 % fosfor, 52 % kalsium var.

Qeyd edək ki, B12 vitamini qırmızı qan hüceyrələrini bərpa edir, həmçinin bədəndəki yağ turşularını paylanmasına kömək edir.

SÜDÜN FAYDALARI

- Sümüklərin güclənməsini təmin edir.

- Ürək əzələləri sıxılanda, döyüntü artanda süd əvəzedilməz qidadır.

- Normal sinir fünksiyalarının davamlılığını təmin edir

- Qanaxma zamanı laxtalanma funksiyasını yerinə yetirir

- Süddə olan kalsium qanın xolestrolunu tarazlaşdırır: Toxumalardakı xolestrolu məhv edir, yaxşı xolestrolun sintezini artırır.

- İnfeksiyalara qarşı çox təsirlidir

- Mədə xəstəliklərində müalicəvi təsirə malikdir

- Həzm sistemini nizamlayır

- Sümük əriməsinin qarşısını alır

- Xoranı yox edə biləcək dərəcədə təsir göstərir.

- Südlə balın qarışğı boğaz ağrısı üçün xeyirlidir

Qeyd edək ki, məsumlarımız da südün önəmini bilərək, hər kəsə bu qidadan istifadəni məsləhət görüblər. Belə ki, İmam Sadiq (ə) «Süd Peyğəmbərlərin qidasıdır» deyə buyurmuşdur.saqlamheyat.az\

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930