Peyğəmbərimizin (s) səhabələrinin qəbirləri üzərində itlər üçün park salınır
Mьəllif: admin1
Tarix: 24-04-2014, 01:02
Bцlmə: Xəbərlər
.
 Peyğəmbərimizin (s) səhabələrinin qəbirləri üzərində itlər üçün park salınır

İsrail rejimi “Məmənullah” adlı tarixi qəbiristanlığın yerində park salmaq üçün nəzərdə tutulan planını açıqlayıb.
Nardaranpiri.com-un İslam.az-a istinadən verdiyi məlumata görə, 14 əsrdən çox tarixi olan bu qəbiristanlıq dəfələrlə yəhudilər tərəfindən hörmətsizliyə məruz qaldıqdan sonra indi də üzərində park salınması nəzərdə tutulub.
Layihəyə görə, 200 hektar ərazisi olan qəbiristanlığın yerində ümumi parklar, restoranlar, itlərin gəzdirilməsi üçün xüsusi park və əyləncə məkanları inşa ediləcək. Qərar fələstinli müsəlmanların etirazına səbəb olub.

Qəbiristanlıqda Übad ibn Samit kimi bir çox Peyğəmbər (s) səhabəsi ilə yanaşı çoxlu sayda İslam dünyasının tanınmış insanlarının da məzarları bu qəbiristanlıqdadır.

Qeyd edək ki, "Azadlıq Parkı" adlancaq bu parkın tenderini livanlı iş adamının Dubayda qeydiyyatda olan şirkəti qazanıb. Onun adı açıqlanmır. Parkın Qüdsün işğal olunduğu gün istifadəyə verilməsi nəzərdə tutulur.
nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031