Yerkökünün faydaları xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 26-04-2016, 10:10
Yerkökünün faydaları xüsusiyyətləri
Qış aylarının ən bol olan tərəvəzlərindən biri kök və kök suyu sağlam qidalanmaq üçün olduqca mühümdür. Zəngin vitamin və mineral tərkibi ilə vücudun gündəlik tələbatını qarşılamaq üçün ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Kökün sizə faydalı olacaq sirlərini açıqlayırıq:
1. Kök və kök suyu az miqdarda kaloriyə malik olmasına baxmayaraq qidalandırıcı tərəvəz hesab olunur. Arıqlamaq və çəkini stabil saxlamağa olduqca yardım edir. Yemək yeyərəkən arada 1-2 ədəd kiçik kök də yesəniz, bu sizdə toxluq hissi yaradacaq.
2. Qaraciyərin funksiyalarının qorunması və sinir sisteminə yaxşı təsir göstərir.
3. Dərini canlandırır, gözəlləşdirir.
4.Yaşlanma ilə bağlı olan ağrı və sızıltıları kök suyu içərək azalda bilərsiniz.
5. Təbii A vitamini mənbəyi olduğu üçün gözün sağlamlığını, görmə gücünü artırır. Sümük ağrıları və osteoporoz əleyhinə də faydalıdır.
6. Tərkibindəki kalium xolesterol və hipertansiyaya qarşı mübarizədə güclü vasitədir.
7. Öd kisəsi və qaraciyər fermentlərinin fəaliyyətini tənzimlənməsində təsiredici gücə malikdir. Piylənməni azaldır.
8. Tərkibindəki E vitamini xərçəng şişlərinin əmələ gəlməsinə maneə olur.
9. Kök suyu güclü antioksidant olan betakarotinlə zəngin olduğu üçün toxumların pozulmasının qarşısını alır. Yaşlanma prosesini ləngidir.
10. Bir az limon və zeytun yağı əlavə edilərək hazırlanan kök salatı zehni açar, öyrənməni sürətləndirər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930