Yəhudinin həzrət Peyğəmbəri (s.ə) sehirləməsi hekayəsi
Mьəllif: admin1
Tarix: 23-04-2014, 17:25
Bцlmə: Xəbərlər
Yəhudinin həzrət Peyğəmbəri (s.ə) sehirləməsi hekayəsi

Bu üç məsələ bu gün vəhabilərin ən bariz xüsuiyyətləridir və onlar bu barədə cahiliyyət dövründəki müşriklərdən də önə keçiblər."
Vəhabilər şiə və sünnülərə böhtan atmaqla kifayətlənməyib bir addım da irəli gələrək həzrət Peyğəmbər (s.ə) kimi şəxsiyyət barədə də cəfəngiyyatlar söyləyirlər. Vəhabilər Peyğəmbərin (s.ə) yəhudi tərəfindən sehirləndiyini deyirlər.

Bizim mövzu ilə bağlı dini ekspert və "Vəhabiyyət aini" və bir neçə digər kitabın müəllifi hüccətul-İslam Əhmədrza Hüseyni ilə müsahibəmiz olub, müsahibəni xülasə olaraq sizlərə təqdim edirik.

Sual: Bu gün vəhabilər arasında İslamdan öncəki cahiliyyət dövrünə aid əqidə və inanclar müşahidə edilir, bu fikir nə dərəcədə düzgündür?

Vəhabi təriqəti təkfirçi siyasətləri ilə bu gün dünyada ciddi problem yaradıblar; tam yəqinliklə demək olar ki, müşriklərdə olan xüsusiyyətləri bu gün vəhabilər daşıyır. Bu xüsusiyyətlərin ən önəmlisi üç məsələdən ibarətdir: "Şirk məsələsi, Peyğəmbərin (s.ə) məqamına hörmətsizlik və müsəlmanlar arasında sabitsizlik yaratmaq (işkəncə vermək, qətl, malların talan edilməsi və sair məsələlər kimi)"...

Bu üç məsələ bu gün vəhabilərin ən bariz xüsuiyyətləridir; onlar bu barədə cahiliyyət dövründəki müşriklərdən də önə keçiblər.

Vəhabilərin Allah Taala barəsində şirkamiz əqidələri var, misal olaraq onlar Allahın cism olmasına inanırlar halbu ki, bu müsəlmanlar tərəfindən tam inkar edilir. Vəhabilərin bütü həqiqətdə təsəvvürlərində yaratdıqları əlli, ayaqlı Allah xəyalından ibarətdir.

Amma bəhsimizin mövzusu Peyğəmbərin (s.ə) təhqir edilməsi barədə olduğu üçün bu barədə artıq söhbət edə bilməyəcəyik.

Cahiliyyət dövründə yaşayan müşriklərin siyasətlərindən biri peyğəmbərləri "dəli" adlandırmaq idi; onlar peyğəmbərləri dəli adlandıraraq hər yerdə bunu rəvac verirdilər. Bu günki vəhabilər də saxta hədislərə söykənərək Peyğəmbərin (s.ə) sehirləndiyini deyirlər.

Xahiş edirik bu barədə bir neçə nümunə də qeyd edin

Mövzu barədə bir neçə rəvayət nəql edilir və heç bir şübhə də yoxdur ki, bu rəvayətlər müşrik və münafiqlər tərəfindən qondarılıb. Bu rəvayətlərdə həzrət Peyğəmbərin (s.ə) yaxınlarına o cümlədən zövcələrinə yalan nisbətlər verilir.Misal olaraq Səhih Buxaridə kitabul-cizyə, bab 839, 1342-ci hədisdə Aişədən belə nəql edir: "Peyğəmbərə cadu edilmişdi, elə bilirdi ki, bir iş görüb hansı ki, bir iş görməmişdi".

Sunəni-Nəsainin yeddinci cildində səhifə 113-də Zeyd bin Ərqəmdən belə nəql edir: "Yəhidi bir şəxs Peyğəmərə cadu etmişdi, Peyğəmbər də buna görə neçə gün əziyyət çəkirdi, (nəhayət) Cəbrayıl mələk nazil olub dedi ki, yəhudi Səni cadulayıb və filan yerdə Səni düyünləyib...".

Müşriklər, münafiqlər və onların ardınca vəhabilərin Peyğəmbərə (s.ə) bağladıqları bu cəfəngiyatlar. O həzrətin barəsində olan aşkar bir cəfakarlıqdır; Qurani-Kərimin İsra surəsində də bu məsələyə işarə edilir. Bu surənin 47-ci ayəsində deyilir: "Çünki onlar Sənin sözlərinə qulaq asırlar, Biz yaxşı bilir ki onlar nə üçün sözlərinə qulaq asırlar və çünki onlar gizli söhbətlər edirlər (çünki deyilər) o zaman ki, zalımlar "Siz yalnız cadu edilmiş kəsdən itaət edirsiz".

Furqan surəsinin 8-ci ayəsində də bu mətləbə işarə edilir.

Vəhabilərin Peyğəmbər (s.ə) barədə bundan başqa da nalayiq əqidələri var.
Amma bilmək lazımdır ki, Peyğəmbərin (s.ə) məqamı olduqca uca və misilsizdir; cadu edilmiş peyğəmbərin sözü etibarsız və dəyərsizdir!! Və ya misal olaraq xora və bunun kimi sair xəstəliklər baxmayaraq ki, həqiq eyb hesab edilmir amma bu insanların gözündə bəyənilməz hesab edilir və Allah Taala peyğəmbərlərini bu xəstəliklərə düçar etmir.
Allah Taala Qurani-Kərimdə peyğəmbərini (s.ə) böyük əxlaq sahibi olaraq təqdim edir (Qələm surəsi,ayə: 7) və hər bir yaraşmaz əməllərdən uzaqdır./shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031