Qoz-fındıq bizi bu xəstəlikdən qoruyacaq
Mьəllif: admin1
Tarix: 20-04-2016, 10:16
Qoz-fındıq bizi bu xəstəlikdən qoruyacaq
Yoğun və düz bağırsaq xərçəngi (kolorektal xərçəng) bütün dünyada xərçəng xəstəlikləri arasında 2-ci yer tutur.
Cənubi Koreyanın Seul Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qoz-fındığın həftədə ən azı 3 dəfə qəbulu insanları bu ağır xəstəliyin inkişafından qoruya bilər.
LiveScience xəbər verir ki, alimlər 3 minə yaxın sağlam və kolorektal xərçəngindən əziyyət çəkən insanların qidalanması haqqında məlumatlar toplayıblar. Məlum olub ki, sağlam insanlar xəstələrlə müqayisədə qidalanmasına tez-tez qoz-fındıq daxil edirdilər.
Alimlər həftədə 3 dəfədən az olmayaraq 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.
Bundan əvvəl müxtəlif ölkələrdə keçirilmiş araşdırmalar göstərib ki, qoz-fındıq piylənmə, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur.

Saglamolun.Az

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930