“İnşaAllah” dediyinə görə təyyarə ilə uçmasına izin verilmədi
Mьəllif: admin1
Tarix: 18-04-2016, 21:48
Bцlmə: Xəbərlər
“İnşaAllah” dediyinə görə təyyarə ilə uçmasına izin verilmədi
Şirkətin rəsmi bəyanatında bildirilir ki, sərnişinin reysdən kənarlaşdırılmasının səbəbi, onun potensial təhlükə təşkil etməsində olub. Avia-şirkətin bəyanatına əsasən, SouthWest Airlines əməkdaşları göstəriş uyğun hərəkət ediblər.

İslamazeri.az-ın "islam.ru"ya istinadən verdiyi xəbərə görə, insident Kairluddin Makxzuminin telefonla danışarkən “İnşaAllah” sözünü işlətməsindən sonra baş verib. Qonşu sərnişinlər onun “şəhid” sözünü işlətdiyini düşünüblər. Və elə bu kifayət edib ki, ABŞ-ın nüfuzlu universitetlərindən birinin əməkdaşını reysdən kənarlaşdırsınlar.

Makxzumin daha sonra FTB əməkdaşları tərəfindən də, dindirilib.

Kairludinin sözlərinə görə, əsası olmayan ittihamlar onu heyrətə salıb və o bu hadisədən bir neçə gün sonra özünə gələ bilib.

Avia-şirkət hadisə ilə bağlı hələ üzr istəməyib.

Xatırladaq ki, bu son zamanlar baş verən ilk islamofob hadisə deyildir. Müsəlman ailə “United Airlines” avia-şirkətinin reysindən kənarlaşdırılıb. Səbəb olaraq isə, qırıq uşaq kreslosu göstərilib.

Həmçinin, JetBlue avia-şirkətinin reysindən iki müsəlman xanım da kənarlaşdırılıb. Hadisə, stüardessanın hicablı xanımların ona diqqətlə baxdıqlarını hesab etdikdən sonra baş verib.







Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031