Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)
Mьəllif: admin1
Tarix: 15-04-2016, 22:18
Bцlmə: Xəbərlər
Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)
İmam Əlinin (ə) müqəddəs hərəminin Dini İşlər İdarəsinin xarici əlaqələr üzrə məsulu şeyx Tahir Əl-Bağdadi Əl-Əzhər şeyxi Dr. Amin Musbah Əl-Draininin 73 yaşında Əhli-Beyt (ə) məktəbinə üz tutduğunu və idealogiya olaraq cəfəri məzhəbini seçdiyini açıqlayıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, şeyx Tahir Əl-Bağdadi İmam Əlinin (ə) müqəddəs hərəminin media mərkəzinə belə bir açıqlama verib: "Biz İmam Əlinin (ə) müqəddəs məbədində şeyx Dr. Amin Musbah Əl-Drainini qəbul etdik. Şeyx Dr. Amin Musbah Əl-Draini Əl-Əzhər univeristeti və əhli-sünnənin böyük alimlərindən biridir. Şeyx Dr. Amin Musbah Əl-Draini şiəliklə bağlı 4 illik araşdırmasından sonra, 73 yaşında şiə məzhəbini seçdiyini bəyan edib".

Şeyx Tahir Əl-Bağdadi sözlərinə əlavə olaraq bunları da qeyd edib: "Dr. Draini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında 40 il ərzində xətib kimi fəaliyyət göstərib və xeyli sayda mərkəz və məscidlərin açılışını təşkil edib. O, Los-Anceles (Birləşmiş Ştatlarda ən iri şəhərlərindən biri) şəhərinin imam-camaatıdır və xeyli sayda ardıcılları var".

Daha sonra o, Şeyx Dr. Draini haqqında belə buyurub: “O, İmam Əlinin (ə) müqəddəs hərəminə göz yaşları ilə daxil oldu və dedi: “Mən Əli bin Əbu Talibin (ə) yanında qalmaq istəyirəm”.

Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)
Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)
Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)
Əl-Əhzər Universitetinin şeyxi 73 yaşında Əhli-Beyt (ə) məktəbini seçdi (Foto)



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031