Öz ölkəsinin qayda qanunlarına əsasən evlənən müsəlman, cahillik ucbatından şəri əqd oxutdurmayıb, onun və uşaqlarının təklifi nədir?
Mьəllif: admin1
Tarix: 8-07-2020, 10:13
Öz ölkəsinin qayda qanunlarına əsasən evlənən müsəlman, cahillik ucbatından şəri əqd oxutdurmayıb, onun və uşaqlarının təklifi nədir?
Sovet dövrü kimi ki, müsəlmanlar uzun bir müddət dini alimlərə müraciət edə bilmirdilər, el adət ənənəsi ilə evlənib və şəri əqdi oxumurdular, hazırdakı vəziyyətdə ki, fəza açıq şəklidədir və dini anlayışları artıb, onun və uşaqlarının təklifi nədir?

Qısa cavab

1. Ən qısa vaxtda şəri əqdi oxutdursunlar.

2. Onların evlilik əlaqələri bilmədikləri vaxtda halal olmuşdur və uşaqları da halalzadədirlər.

Əlavələr:

Təqlid mərcələrinin bu suala cavabı belədir:[1]

Həzrəti Ayətullahul üzma Sistani (Allah onun sayəsin uzun etsin):

Əgər şəri əqdi oxutmayıblarsa, gərək tez bir vaxtda əqd siğəsini oxutsunlar, və onların övladları şəri uşaqlar sayılır.

Həzrəti Ayətullahul üzma Məkarim şirazi (Allah onun sayəsin uzun etsin):

Sual fərzində hal hazırda şəri əqd oxutdurmalıdırlar. Amma uşaqlar haramzadə hesablanmırlar.

Həzrəti Ayətullahul üzma Safi gülpayqani (Allah onun sayəsin uzun etsin):

Əgər məlum olsa ki, keçmiş əqdlər düzgün olmayıb, yenidən oxunmalıdır, Amma bu evlənmələrdən olan uşaqlar halalzadə hökmündədirlər.

Həzrəti Ayətullahul üzma Nuri Həmədani (Allah onun sayəsin uzun etsin):

O surətdəki, oxunmuş əqd məsələyə cəhl üzündən batil olubsa, yenidən əqd oxumalıdırlar, Amma uşaqlar haramzadə hesablanmırlar.

Həzrəti Ayətullahul üzma Hadəvi Tehrani (Allah onun sayəsin uzun etsin):

Ən qısa zamanda şəri əqd oxutdurmalıdırlar, Onların evlilik əlaqələri cahillik dövründə halal olub və uşaqlarıda halazadədirlər.

[1] - Mərcəi təqlidlərin ofislərindən istiftaa: Sistani, Məkarim şirazi, Safi Gülpayqani, Nuri Həmədani (Allah onların sayəsin uzun etsin), İslam Kuest saytı tərəfindən



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031