"Aşura günü" haqda ən çox soruşulanlar
Mьəllif: admin1
Tarix: 8-08-2022, 09:48
"Aşura günü" haqda ən çox soruşulanlar
Hər bir dini mövzuda olduğu kimi Aşura mövzusunda da xeyli xürafat söz-söhbətlər gəzir....

1. Məhərrəm ayında əyləncə məqsədi ilə səfərə çıxmaq, gəzintiyə getmək olar?
Bəli, getmək olar. Bunun heç bir nöqsanı yoxdur.

2. Bəziləri deyir ki, Aşura günü işləmək, sabundan istifadə etmək olmaz. Bunun Kərbəla hadisəsi ilə nə kimi əlaqəsi var?

Xeyr, bunun nə Kərbəla hadisəsi, nə də dinimizlə əlaqəsi var. Bu, Məhərrəm ayında ortaya atılan çoxsaylı xürafatlardan biridir.

3. Aşura günü niyyət edib qola qara parçalar bağlayırlar. Hətta qara parçalar bəzi məscidlərdə satılır da. Və belə deyirlər ki, parca özü qırılmalıdır, niyyət də parça qırıldığı zaman yerinə yetir. Bunun bir əsası var?

Bu da Məhərrəm xürafatlarından biridir. Bu kimi işlərdən uzaq olun. Allaha xatir niyyət edin. Günahlarınızın bağışlanması üçün tövbə edib namaz qılın.

4.Aşura günü oruc tutmaq müstəhəbdirmi? Bəziləri bu məsələdə çox israrlıdır.

Kərbəla hadisəsindən sonra Əməvi hakimləri Aşura günü şadlıq edər və camaatı həmin gün oruc tutmağa sövq edərdilər. Hətta bunu rəsmiləşdirmək üçün saray alimlərinə ənamlar verər, bu barədə fitva vermələrini də əmr edərdilər.

Həmin vaxtdan etibarən Məsum imamlar (ə) və Əhli-beyt (ə) nümayəndələri öz davamçılarına həmin gündə oruc tutmağı məsləhət görməmişlər.

5.Məhərrəm ayının digər aylardan əsas fərqi nədədir? Ramazan ayında olduğu kimi, bu ayda da müsəlmanlara qadağalar qoyulubmu?

Xeyr, Məhərrəm ayının özünəməxsus qadağaları yoxdur. Sadəcə, əxlaqi baxımdan bu ayda İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin faciəsini anmaq bəyənilən əməllərdəndir. Toy və şadyanalıq mərasimlərini sonraya saxlamaq lazımdır.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031