Beyni gücləndirən 3 super-məhsul açıqlandı
Mьəllif: admin1
Tarix: 15-06-2020, 22:32
Beyni gücləndirən 3 super-məhsul açıqlandı
İtaliya, Yaponiya və Polşa alimləri birgə araşdırmadan sonra beynin fəaliyyətini gücləndirən, onun qocalmasını ləngidən 3 super-məhsulun adlarını açıqlayıb.

Maide.Az "hit.az"a istinadla xəbər verir ki, Tibb alimlərinin gəldiyi nəticələrə görə, belə məhsullardan biri kakaodu. Bu ərzağın tərkibindəki maddə beyinə antioksidant kimi təsir edir və bu ən vacib orqanın hüceyrələrini iltihabdan qoruyur.

Kakao beyində qan dövranını, yaddaşı və digər koqnitiv funksiyaları yaxşılaşdırır. Mütəxəssislər beyini qorumaq üçün hər gün 1 fincan kakao içməyi və ya bir neçə parça təbii şokolad yeməyi tövsiyə edir.

İkinci super-ərzaq üzümdür. Bu meyvə güclü antioksidant sayılan və azad radikalları məhv edən resveratrol maddəsi ilə zəngindir. Odur ki, üzüm beyində turşulaşma prosesinin və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Və beləliklə, koqnitiv funksiyaların ləngiməsini önləyir.

Baş beyni gücləndirən üçüncü ərzaq yaşıl çaydır. Araşdırmalar göstərib ki, gündəlik olaraq yaşıl çay içən orta və yaşlı insanlarda bu məhsul əsəb sisteminin mərkəzi orqanının seqmentlərinə müsbət təsir göstərir. Odur ki, onların beyni yaşıl çay içməyənlərlə müqayisədə daha yaxşı işləyir. Həmçinin yaşıl çay beynin qocalmasını ləngidir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031