Yeni araşdırmalar orucun faydalarını sübut edir
Mьəllif: admin1
Tarix: 17-12-2019, 21:54
Yeni araşdırmalar orucun faydalarını sübut edir
12 ilə 36 saata qədər davam edən qısamüddətli aclıq insan sağlamlığına müsbət təsir göstərir.

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, bunu rusiyalı həkim, Gorbatov Federal Qida Elm Mərkəzinin mütəxəssisi Valeri Sergeyev deyib.

Oruc tutmağın faydalarından danışan həkim bildirib ki, belə aclıq zamanı bədən köhnə, fəaliyyət göstərməyən hüceyrələri istifadə etməyə başlayır və onları enerji istehsal etmək üçün istifadə olunan qlükozaya çevirir.

Bundan əlavə, orqanizm yağ turşularından enerji almağa başlayır ki, bu da arıqlamağa, ürək-damar sisteminə yükü azaldır.

Bədən xaricdən qidalanmadıqda, stres vəziyyətinə düşür və yeni şəraitə uyğunlaşmağa başlayır - beləliklə, "müdafiə" aktivləşir və immunitet sistemi yenilənməyə başlayır. Sergeyev əlavə edib ki, buna görə ac qalan insanlar nadir hallarda xəstələnirlər.

İstirahət günlərində pəhrizinizi qadınlar üçün gündə 500 kalori, kişilərdə isə 600 kalori ilə məhdudlaşdıra bilərsiniz.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930