Ən zərərli hesab edilən şirniyyatlar
Mьəllif: admin1
Tarix: 18-11-2019, 19:43
Ən zərərli hesab edilən şirniyyatlar
Tibb elmləri namizədi, həkim-dietoloq Lyudmila Zotova, ən zərərli şirniyyatlar haqqında danışıb.

Həkim ilk növbədə, fritürdə (yüksək temperatur dərəcəsinə çatdırılmış heyvan və ya bitki yağı) qızardılmış şirniyyatları misal çəkib. Bunlar ponçiklər, çak-çak, və buna oxşar yağda bişən şirnilərdir.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, ziyanlılıq bişmələrdə sadə şəkərin çox olması ilə əlaqədardır. Bu yolla hazırlanan desertlər, həmçinin trans yağlara malikdir, daha sonra maya xəmir desertləri, üçüncü sırada isə şokolad batonlar və kremli tortlar yer tutur.

Zotova, sağlamlıq üçün ən təhlükəli ləzzətli qidaları təyin etməyə kömək edən əsas qaydanı qeyd etmişdir. Onun fikrincə, şirin məhsulun tərkibi nə qədər mürəkkəb olsa, orqanizm üçün bir o qədər zərərlidir.

Dietoloq mikrobiologiya baxımından, bütün zülallı və südlü desertləri insan üçün təhlükəli olduğunu bildirib. Onların tərkibinə xam yumurta ağları əlavə edilir ki, buda tam bişməyə bilər.

Həkim, ən təhlükəsiz desertləri də sadalayıb, bunların arasında marmalad, meyvə əsasənda şirin xəmirdən hazırlanmış şirniyatları və zefiri qeyd edib. Yeganə şərt budur ki, bunlar sintetik əvəzedicilərlə deyil, təbii aqarla hazırlanmalıdır.

Qorxmadan, təbii tünd şokolad, meyvə cemi və bal yeyə bilərsiniz. Onun sözlərinə görə, seçim zamanı şokolad, meyvə cemi, zefir və bal kimi şirniyatları seçmək lazımdır, nəinki tərkibində çoxlu sayda maddələr olan şirniyatları.

Alimlər bildirir ki, qısa müddətdə həddindən artıq şirnidən istifadə etmək bağırsaq iltihabı xəstəliyinə səbəb ola bilər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930