Beyin funksiyasının itməsinin qarşısını necə almaq olar?
Mьəllif: admin1
Tarix: 15-11-2019, 21:07
Beyin funksiyasının itməsinin qarşısını necə almaq olar?
Fiziki formanı qorumaq və ya yaxşılaşdırmaq, ölümlə nəticələnə biləcək yaşa bağlı demensiyanın (beyin funksiyalarının itkisi) müxtəlif formalarının qarşısını ala bilər. Bu nəticəyə Norveç Elm və Texnologiya Universitetinin alimləri gəlib.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 1984 -1986 arasında 75.000-ə yaxın norveçli “HUNT1” tədqiqatının ilk dalğasında iştirak edib.

11 ildən sonra ikinci mərhələyə 33 min insan cəlb edilib. Cəmi 30 min adam araşdırmaya daxil olmaq üçün özləri haqda kifayət qədər məlumat vermişdi.

Alimlər həmçinin 920 nəfər demensiya xəstələrini məlumatlar təhlilinə əlavə etmişdir, bununla yanaşı “HUNT” tədqiqatında 320 nəfər iştirak edib. Bütün iştirakçılar ölümlərinə qədər və ya müşahidə dövrünün sonuna qədər müşahidə edilib.

Riskləri hesablamaq üçün mütəxəssislər əvvəllər fiziki hazırlığı olmayan insanlarda ürək-damar xəstəliyini, depressiya və alkoqolsuz qaraciyər piylənməsi xəstəliyinin inkişafını qiymətləndirmək üçün istifadə edilən bir formuldan istifadə etmişdir.

Nəticədə, demensiya xəstəliyinə tutulma riski, 80% fiziki hazırlığı yüksək olan insanlar arasında 40% aşağı olduğu ortaya çıxmışdır.

İlk tədqiqat dalğasından sonra insan, sağlam həyat tərzinə başlayıb fiziki aktivliyini maksimuma qaldırırdısa onun demensiyaya tutulma riski 48% aşağı enirdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930