Qocalıq taqətsizliyinin səbəbləri
Mьəllif: admin1
Tarix: 6-08-2019, 19:36
Qocalıq taqətsizliyinin səbəbləri
Alimlərin fikrinə görə qocalıq taqətsizliyi qaçılmaz hesab edilmir. Bunun səbəbləri müxtəlif ola bilər. Belə bir fikirlə Melburnda yerləşən Monaşa Universitetinin mütəxəssisləri çıxış edib.

"Deyerler.org"un Mk.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatın ilk mərhələsində alimlər müxtəlif ölkələrdən olan, 60 yaşdan yuxarı 50 min insan haqda məlumat toplayıb.

Qeydə alınmış insanların təxminən üçdə biri, üç il ərzində sağlamlığını və fiziki durumunu müsbətə dəyişə bilmişdir. Mütəxəssislər yaşlı dövrdə taqətsizliyi qaçılmaz hesab etmir.

Daha sonra alimlər bu prosesinin baş vermə səbəblərini öyrənmək üçün 120 min insanın həyat fəaliyyətini nəzarətdə saxlamışdır. Müşahidə nəticəsində, qocalıq və bir çox başqa faktorlar arasında asılılıq təyin edilmişdir.

Qadınların kişilərə nisbətən qocalıq taqətsizliyindən daha çox əziyyət çəkməsi qeyd edilir. Alimlərin fikrinə görə, burada həyat tərzini əsas faktor kimi qeyd edilir və fiziki aktivliyin olmaması bunun əsas amillərindən ola bilər.

Bura eyni zamanda, təhsili və düzgün qida qəbulu faktorlarını da əlavə etmək olar. Məlumata əsasən qocalıq taqətsizliyinə inkişaf etmiş ölkələrdə daha az rast gəlmək olar.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031