Maşındakı kondisionerdən SAĞLAMLIĞI qoruyan düzgün istifadə QAYDALARI
Mьəllif: admin1
Tarix: 27-07-2019, 09:34
Maşındakı kondisionerdən SAĞLAMLIĞI qoruyan düzgün istifadə QAYDALARI
İsti havada avtomobildə kondisionerin olması komfortun əsas şərtidir.

Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.

Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 dərəcədən çox olmamalıdır.

İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.

Bundan əlavə hərarət fərqi ürək tutmasına səbəb ola bilər. Bu ürək xəstəlikləri olanlarda, yaşlı insanlarda xüsusilə tez-tez baş verir.

Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.

Maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.

Maşında kondisionerin olmasının komfortdan əlavə digər faydası da var. Araşdırmalar göstərir ki, maşında kondisionerin olmaması isti havada qəzaların riskini xeyli artırır. Məsələ burasındadır ki, çox isti hava insanın mərkəzi sinir sisteminə mənfi təsir edir - diqqət azalır, insan çətin vəziyyətdə daha gec reaksiya verir ki, bu da nəticədə qəzaların artmasına səbəb olur.

Alman alimlərinin araşdırmalarına görə, maşın salonunda temperaturun 32 C qədər yüksəlməsi qəzaların riskini 15%, 37 C qədər yüksəlməsi isə 35% qədər artırır.
(Saglamolun)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930