Depressiya beynin sürətlə yaşlanmasına səbəb olur
Mьəllif: admin1
Tarix: 16-02-2019, 20:35
Depressiya beynin sürətlə yaşlanmasına səbəb olur
Depressiyanın təəccüblü təsirləri sırasına bir yenisi də əlavə olundu. Buna görə depressiya, yaşlılığa bağlı beyin funksiyalarının azalmasına birbaşa təsir edir.

Yaş keçdikcə insan bədənində fiziki olaraq dəyişikliklər olduğu kimi, beyin fəaliyyətləri üzərində də dəyişikliklər özünü göstərməyə başlayır. Yaddaş və zehni bacarıqlar, yaşa bağlı olaraq mənfi istiqamətdə irəliləyir.

Qısa bir müddət əvvəl aparılan yeni bir araşdırmaya görə isə, depressiya beynin yaşa bağlı olaraq funksiyalarını itirməsi halına bənzər formada mənfi nəticələri üzə çıxarır.

Yel Universitetində aparılan bu araşdırmada, depressiyadakı xəstələrin sinaps əlaqə sıxlıqlarında normal fərdlərə görə, geriləmə olduğu müəyyən olundu. Bu da öyrənmə ilə yanaşı, bir çox beyin fəaliyyətinin məhdudlaşdırılmağa başladığı mənasını verir.

Daha əvvəl də depressiya narahatlığının, Alzheimer riski üzərindəki təsirləri ilə əlaqədar məlumatlar gündəmə gəlmişdi. İndi də belə bir nəticə əldə edilməsi, əslində beynin iş sisteminin çox ciddi mənada depressiyadan təsirlənə biləcəyini üzə çıxarmış oldu.

Əlbəttə bu an üçün bu təsirlərin hər hansı bir qalıcı nəticəsinin olub olmadığı və depressiya müalicəsi sonrasında necə bir müddətin özünü göstərəcəyi kimi maraqlanılan mövzulara cavab vermək mümkün olmur. Gələcək illərdə bu mövzuları da işıqlandırmaq üçün ətraflı işlər aparılacaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930