Bu məhsul qaraciyərin yağlanmasının qarşısını alır
Mьəllif: admin1
Tarix: 20-12-2018, 11:41
Bu məhsul qaraciyərin yağlanmasının qarşısını alır
Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.

Sağlamolun.az xəbər verir ki, alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur.

Azot oksidinin həmçinin digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.

Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.

Bildiyimiz kimi, qaraciyərin yağlanması çox ağır pozulmadır ki, onun nəticəsində insanda qaraciyər sirrozu inkişaf edə bilər.

Mütəxəssislər hər gün 200 gr göyərti yeməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930