Xaşın inanılmaz FAYDALARI
Mьəllif: admin1
Tarix: 4-12-2021, 21:07
Xaşın inanılmaz FAYDALARI
Məlumat üçün bildirək ki, xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Məsələn, Türkiyədə, İranda kəllə-paça adı ilə məşhurdur.

Xaşın hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edir. Bunu çoxları bildiyindən təkrar yazmağa ehtiyac görmürük. Bu yazımızda xaşın faydalarından bəhs edəcəyik.

Yeniavaz.com saytı xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli doktor Canan Karatay xaşın hətta uşaqlara və xərçəng xəstələrinə də faydalı olduğunu bildirib.

Onun sözlərinə görə, yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol enerji verir: "Xaş uşaqlar üçün də faydalıdır. Onun tərkibindəki maddələr inkişaf mərhələsində olan uşaqlar üçün faydalıdır.

Xərçəng xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var. Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın tərkibində boldur.

Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq şorbasında olur. Bu səbəbdən xərçəng xəstələri üçün xaş olduqca faydalı bir yeməkdir".

"Bundan əlavə xalq arasında belə bir fikir var ki, bir insanın qolu sınanda və ya çıxanda ona xaş yemək məsləhət görülür. Araşdırmalarımız göstərir ki, bu, həqiqətən də belədir. Sümüklərin güclənməsində xaşın faydalı olduğu qənaətinə gəlmək olar",-deyə doktor vurğulayıb.

Canan Karatay kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət görür: "Amma kimlər ki, kökəlmək istəmir onların xaş yeyəndən sonra piyada gəzmələri, yaxud fiziki işlə məşğul olmaları vacibdir".

C. Karatay deyir ki, xaş soyuqvurmadan əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir: "Xaşı bir növ vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir".

Doktor bu qənaətdədir ki, xaş sümükləri gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır.

"Xaşın yanında limon, sarımsaq, turp kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium, maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problem yaşayanlar üçün xaş idealdır.

Qan azlığından əziyyət çəkənlər tez-tez xaş yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar. Davamlı olaraq xaş yeyən insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür. Xaş Omega-3 baxımından da olduqca zəngindir. Xaş qış aylarında artan xəstəliklərə qarşı qalxan rolunu oynayır",-deyə Canan Karatay vurğulayıb.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031