Artıq çəkidən xilas olmağın daha bir üsulu tapılıb
Mьəllif: admin1
Tarix: 3-09-2018, 21:48
Artıq çəkidən xilas olmağın daha bir üsulu tapılıb
Tədqiqat zamanı alımlər qıda qəbuletmə vaxtının dəyişməsinin qida rasionu və maddələr mübadiləsi proseslərinə etdiyi təsirləri həmçinin diabet və ürək xəstəliklərinin mümkün inkişafını analiz ediblər.

"Deyerler.org"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, təcrübədə 29-50 yaş arası 16 nəfər könüllü iştirak edib. Onlardan 9-u 10 həftə müddətində səhər yeməyini həmişəki vaxtdan saat yarım gec, naharı isə 90 dəqiqə tez edirdilər.

Qalan yeddi nəfər isə qıdalanmağı həmişəki qaydada davam edirdi və heç bir xüsusi dieta qaydalarına riayət etmirdi. Nəticədə qida qəbulunun vaxtını dəyişənlər digərlərinə nisbətdə iki dəfə çox çəki vermişdir.

İştirakçılar iştahın aşağı düşməsini və gün ərzində əlavə qəlyanaltılara ehtiyac duyulmamasını qeyd etmişdirlər. “Geniş olmayan tədqiqatdan biz çox şey öyrənə bildik.

Qida qəbulunun vaxtını dəyişməklə orqanizmimizə xeyir vermiş ola bilərik. Bədənin yağ ehtiyatı yığma prosesinin azaldılması, piylənmənin inkişafını məhdudlaşdıraraq orqanizmin durumunu yaxşılaşdırır”, - deyə tədqiqatçılardan biri qeyd etmişdir.





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930