Xərçəng müalicəsində əqrəb zəhəri!
Mьəllif: admin1
Tarix: 18-03-2018, 21:20
Xərçəng müalicəsində əqrəb zəhəri!
Mütəxəssislər əqrəb zəhərlərində olan bəzi maddələrin xərçəng hüceyrələrinə birbaşa birləşdiyini və sağlam hüceyrələrə zərər vermədiyini göstərən araşdırmalar olduğunu söylədilər.

Əgər tədqiqatlar müvəffəqiyyətli olsa, gələcəkdə əqrəb zəhərindən xərçəng dərmanı hazırlana biləcək.

Venomlar zəhərli heyvan ifrazatları, əqrəb, ilan, hörümçək kimi heyvanların ifrazatlarına deyilir. Təqribən 1960-cı illərdən bu günə kimi əqrəb zəhərlərinin təsirləri araşdırılmaqdadır.

Əqrəb zəhərləri bir kokteyl kimi, bir qarışıq mayedir. Onun tərkibində həm zəhərli komponentlər, həm də zəhərli olmayan komponentlər mövcuddur.

Beynəlxalq araşdırmalar da göstərir ki, əqrəb zəhərinin yalnız antixərçəng deyil, antibiotik və ağrı kəsici təsirləri də ola bilər.

Anti xərçəng təsirləri ilə bağlı son 10 ildə araşdırmalar aparılmaqdadır. Araşdırmalarda əqrəb zəhərinin bəzi xərçəngli hüceyrələrin böyümələrini dayandırdığı təyin olunmuşdur və bu tədqiqatlar davam etməkdədir.




Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031