İnsan yaddaşını 15% artıra bilən cihaz
Mьəllif: admin1
Tarix: 16-02-2018, 23:11
İnsan yaddaşını 15% artıra bilən cihaz
Bir çoxumuz, yaddaşımızı artırmanın mümkün olub olmadığını düşünmüşük. Bu marağımız nəticəsində, yaddaş funksiyalarını artırdığını iddia edən sinir implantlar qarşımıza çıxmışdır. Ancaq problemə yeni bir yanaşma olaraq, cavab vermədən əvvəl beynə qulaq asan yeni bir cihaz qarşımıza çıxır.

Cihazın könüllü istifadəçilər tərəfindən sınandığında, unudulan sözlərin ağla gəlməsində 15% nisbətində təsirli olduğu ortaya çıxdı. Bu ixtira alzheimer xəstəliyi kimi nevroloji narahatlıqları olanların həyat keyfiyyətini yaxşılaşdırmağa köməkçi ola biləcək səviyyədə bir yenilikdir.

Pensilvania Universiteti cihazları sınamaq üçün 25 xəstədən nümunələr aldı. Araşdırmaçılar müddətin izlənilməsini, könüllülərin beyinlərinə incə zondlar yerləşdirərək reallaşdırdı. Alimlər doğru nöqtələri qeyd edərək xəstələrin köhnə məlumatları yadda saxlamasını və həyatlarına normal səviyyədə davam etmələrini məqsəd qoyublar. Ancaq nəticələr bütün xəstələr üçün uğurlu deyil.

Araşdırmaçılar müşahidə edilməkdə olan hər könüllü üçün beynin fərdi modelini araşdıraraq, bir qrup söz siyahısını əzbərləmələrini istədilər.

Araşdırma nəticəsində beynin Lateral Tempral Korteks adı verilən bölgəsinin xəbərdar edilməsini təmin etdilər. Bu xəbərdarlıq ürək batareyası kimi işləyir.
Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930