Soğan suyu saç tökülməsinin qarşısını alır
Mьəllif: admin1
Tarix: 11-10-2017, 21:11
Soğan suyu saç tökülməsinin qarşısını alır
Təzyiqdən təngnəfəsliyə qədər bir çox xəstəliyin şəfası olan soğan suyunun daha bir heyrətamiz faydası var.
Deyerler.org xəbər verir ki, hər dərdin dərmanı sayılan soğan suyunun faydaları arasında ən çox tanınanı immun sistemini möhkəmləndirilməsi və antiseptik xüsusiyyəti ilə iltihablara qarşı mübarizə aparmasıdır.
Gümrahlıq verən soğan suyu, ürək və damar xəstəliklərinə yoluxma riskini azaldır.
1-3 həftə saça tətbiq olunan soğan suyu, saç, dəri xəstəliklərini aradan qaldırır. Kəpək qaşıntılarının qarşısını alır və saçların daha sağlam uzanmasını təmin edir.

Saç tökülməsinin qarşısını almaq üçün saç köklərini bir neçə dilim çiy soğanla ovun. Quruduqdan sonra zeytun yağı ilə saç dərinizi masaj edin. Saç tökülmə probleminizin aradan qalxdığını görəcəksiniz.
Şiddətli qulaq ağrıları üçün qulağınıza bir damcı soğan suyu əlavə etsəniz təsirini görəcəksiniz.
Dəridəki sızanaq və göbələk problemi üçün də soğandan istifadə edə bilərsiniz. Balla soğan suyunu qarışdıraraq sızanaq problemlərinizi aradan qaldıra bilərsiniz. Dəridəki ləkələrdə isə, zərdəçalla soğan suyunu qarışdıraraq, ləkə olan yerə sürtə bilərsiniz.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031