Xərçəngə qarşı nanorobot
Mьəllif: admin1
Tarix: 8-09-2017, 11:14
Xərçəngə qarşı nanorobot
Xərçəng müalicəsində elm adamları ümid verici bir inkişaf əldə etdi. İngiltərədə alimlər nano robot istifadə edərək xərçəngli hüceyrəni yox etməyi bacardı.

Atom ölçülərdəki pərvanəli maşınlar, önümüzdəki illərdə xərçəng müalicəsində kimyaterapiya və şüaya alternativ bir üsul olaraq istifadə edilə biləcək.

Xərçəng müalicəsində nano robot dövrü başlayır. Atom ölçülərdə kiçik pərvanəli robotlar, xərçəngli hüceyrələri tapıb dərmanla yox edə biləcək.
Hazırlanmış ilk nano robot bir prostat xərçəngi hüceyrəsini yox etməyi bacardı.

ABŞ Rays və Şimali Karolina universitetləri ilə İngiltərənin Durham Universitetindən olan araşdırmaçıların ortaq çalışmaları ilə hazırlanmış nano robot, İngiltərədə aparılan təcrübədə xərçəng hüceyrəsini 3 dəqiqədə tapdı və divarına yapışaraq yox etdi.

Nəticələri Nature Jurnalında nəşr olunan təcrübə, xərçəng müalicəsində yeni bir üfüq açır. Layihənin rəhbəri Durham Universitetindən dr. Robert Pal, hazırlnamış nano robotların çox sayda fərqli xərçəng növündə istifadə edilə biləcəyini söylədi.

Dr. Pal "Nano robotları şüalara istiqamətləndirə bilirik. Bu robotlar xərçəngli hüceyrələri yox edə bilər və ya dərman köçürə bilər. Bu üsulu dəri xərçəngində də istifadə edə bilərik. Kimyaterapiya kimi ənənəvi üsullarla cavab ala bilmədiyimiz xərçəng növlərində bu üsul bir həll ola bilər" dedi.

Ənənəvi üsullarda xərçəngli hüceyrələri kimyaterapiya və ya şüa müalicəsi ilə məhv etməyə çalışırlar, lazım olsa xəstə əməliyyat edilir. Nano robotlar isə xəstəliyi əks təsir olmadan müalicə etmə şansı verir.

Son olaraq nano robotlar o qədər kiçikdir ki, nano robotların 50 min dənəsi ancaq bir saç teli qalınlığında olur.


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930