Xərçəng xəstəsinin ömrünü uzadan tədbir
Mьəllif: admin1
Tarix: 14-05-2017, 21:27

Yeni bir araşdırmaya görə, xərçəng xəstələri həftədə üç dəfə sadəcə 30 dəqiqə yeriyəndə həyat səviyyələrində artım olur.

Hərəkətsiz qalmaq​ bir çox xəstəliyi özü ilə gətirir. Xərçəng xəstələrində hərəkətsizlik həm həyat keyfiyyətinə, həm də həyat müddətinə təsir edir.

 

Bu səbəblə mümkün infeksiyaya qarşı tədbirlər alındıqda xəstələrin çölə çıxması, yeriməsi və fiziki fəallıqlarını artırmaları əhəmiyyət kəsb edir.

 

Yeni bir araşdırmaya görə, xərçəng xəstələri həftədə üç dəfə sadəcə 30 dəqiqə yeriyəndə həyat səviyyələrində artım olur. İngiltərədə aparılan araşdırmaya görə, idmandan qaçmaq əvəzinə, xəstələr daha fəal olmağa və gündəlik həyatlarında idman etməyə təşviq edilməlidir. Araşdırmada 42 xərçəng xəstəsi iki qrupa ayrılmışdır. Bir qrup, mövcud fəallıq səviyyəsini qorumağa təşviq edilmişdir.

 

Digər qrupa isə yürüş təklifləri verilmiş və həftədə bir qrup yürüşündə iştirak etmələri təklif edilmişdir. Bu xəstələrin üzərində həyat keyfiyyəti, ruhi vəziyyəti haqqında sorğu-sual aparılaraq 6, 12 və 24-cü həftələrdə dəyərləndirmələr həyata keçirilmişdir. Yeriyən xəstələrdə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə artım göstərmişdir.

 

Deyerler.org

 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930