Şaban ayının əməlləri
Mьəllif: admin1
Tarix: 21-02-2023, 20:13
Şaban ayının əməlləri

Şəban ayının fəziləti barədə Həzrət Peyğəmbərdən (s) belə nəql edilir: "Şəban ayı mənim ayımdır".

İslam Peyğəmbəri (s) bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan, mübarək Ramazan ayının orucunu tutmağa başlayardı.

Peyğəmbər (s) həmçinin buyurmuşdur: "Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar".

İmam Zeynəlabidin (ə) barədə rəvayət olunub ki, o, "Allahummə salli ələ Muhəmmədin və ali Muhəmməd şəcərətin-nubuvvəti ..." duasını şəban ayında günorta vaxtı oxuyarmış (İlahi! Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə), nübuvvət şəcərəsinə, risalətin nazil olduğu xanədana, mələklərin bir-birini əvəz etdiyi məkana, elm mədəninə, vəhy Əhli-beytinə (ə) salavat göndər… ("Məfatihul-cinan", səh. 408-411).

Eyni zamanda, ibn Xaluyedən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) aşağıdakı münacatı oxuyardılar: "Allahummə salli ələ Muhəmmədin vəsmə’ dua’i iza də-əvtukə…" (Allahım! Salavatın olsun Həzrət Muhəmmədə (s) və Əhli-beytinə (ə), eşit duamı Səni çağırdığım zaman…) ("Məfatihul-cinan", səh. 412)

Şəban ayının birinci gecəsi

Mötəbər mənbələrdən olan "İqbal" kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur və onlardan biri də 12 rəkətli namazdır ki, burada "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur. Bu namaz 6 ikirükətli namaz kimi qılınır.

Şəban ayının birinci günü

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: "Şəban ayının birində oruc tutan şəxsə behişt vacib olar".

Şəban ayının üçüncü günü

Bu - ilin ən mübarək günlərdən biridir. Şeyx Misbah kitabında yazır ki, İmam Hüseyn (ə) şəban ayının 3-ü, cümə axşamı dünyaya gəlmişdir.

Bu gün "Allahummə inni əs-əlukə bihəqqil-məvludi..." (Allahım! Həqiqətən mən bu günkü mövludun haqqına and verib, Səndən diləyirəm…) duasını oxumaq müstəhəbdir. ("Məfatihul-cinan", səh. 418)

Həzrət Peyğəmbərə (s) sual etmişlər ki, "Hansı günlərin orucu daha əfzəldir?" Cavabında Həzrət (s) buyurmuşdur ki, "Ramazan ayına hörmət və təzim nümayiş etməyə görə - Şəban ayının orucu".

Şəban ayının əməllərindən;

- Şəban ayında sədəqə verməyin böyük savabı vardır;

- Şəban ayında çoxlu tövbə etmək tövsiyə edilmişdir;

- Şəban ayında hər gün 70 dəfə bu duanı oxumaq məsləhət görülür:

«ƏSTƏĞFİRULLAHƏ VƏ ƏS-ƏLUHUT-TƏVBƏ».

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031