MƏŞHƏD ZİYARƏTİ
Mьəllif: admin1
Tarix: 13-04-2014, 21:49
MƏŞHƏDİN TARİXİ


"Məşhəd" sözü "şühud", "hüzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və bu "məşahid" məşhəd sözünün cəmidir. Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə imamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi. Məsələn, o dövrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbülxeyrin məzarı) və Tus Məşhədi, yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Əli ibn Musanın (ə) türbəsi).

"Surətul-ərz" kitabının müəllifi ibn Həvqəl (367-ci h.q) yazır: "Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rizanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir."
202-ci (h.q.) ildə Həzrət Riza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabadda Harunun məqbərəsində torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman keçdikcə şəhər genişlənməyə başladı. Xüsusilə, Şah Təhmasib Səfəvinin dövründə şəhər bir az da vüsət aldı və Tus əhalisi də Məşhədə köçürülməyə başladı. Tus Xorasanın şimal nahiyəsində Kəşfrud çayının yuxarısındakı yolda yerləşir və onun məşhur şəhərləri bunlardır: Noğan, Tabran, Radkan. Noğan üçüncü (h.q) yüzilliyin sonlarına qədər çox əhəmiyyət və etibara malik idi. Onun viranələri Məşhədin qərb hissəsində Hüseynabad və Mehrabad kəndləri yaxınlığında yerləşirdi. Ondan sonra Tabəran şəhəri əhəmiyyət və vüsət tapdı və sonralar Tus adı ilə tanındı. Nəhayət, öncə Sənabadda yerləşən bir məzara şamil edilən Məşhəd şəhəri yavaş-yavaş genişlənməyə başladı. 830-cu (h.q) ildən başlayaraq Noğan adı unuduldu və Tus (əslində Tabəran) şəhəri viran oldu. Onun yerini Məşhəd tutdu. Nəhayət, Səfəvilərin dövründə Tus əyalətinin və Xorasanın mərkəzinə çevrildi.
Məşhədin və Tusun fəthi 31 və 32-ci (h.q.) ildə Osmanın xilafəti zamanı müsəlmanlara nəsib oldu və Əbdülməlik Mərvanın (65-86 h.q.) xilafəti zamanı Bəni Təmim ərəbləri Tus qalasını ələ keçirdilər və 125-ci (h.q.) ilə qədər əldə saxladılar. 192-ci (h.q.) ildə Harun ər-Rəşid bu diyara səfər etdi və Tusda xəstələnərək öldü. Onu imam Rizanın (ə) dəfn olunduğu yerdə basdırdılar.
Bu şəhər Səlcuqilərin, İran Elxanlarının, monqolların və başqa qarətçilərin hücumlarına məruz qalmış və bir neçə dəfə viran edilmişdir. Yalnız Səfəvilərin dövründə Məşhəd şəhəri xüsusi rövnəq tapmış və öz abadlığını bərpa etmişdir.
Məşhədin məşhur ziyarətgahları
Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət imam Rizanın (ə) pak hərəmini, Gövhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və s.-ni əhatə edən Astani-qüds-Rəzəvi, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s.
İMAM RİZANI (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

İmam Rizanı (ə) ziyarətin savabı, fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum imamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, bir nesəçini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki,həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər."
2. Yenə də Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən(s) belə nəql edir ki, o həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."
3. Şeyx Səduq həzrət Əlidən (ə) nəql edir ki, o həzrət buyurmuşdur:
"Tezliklə mənim övladlarımdan olan bir kişi zülmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın adıdır.
4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Riza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur:
"Hər kim məni qürbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman.
5. Uyun ul-əxbarda İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o həzrət buyurmuşdur:
"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasan) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".
Allah bizi o həzrətin imamlıq haqqına arif olan zəvvarlardan etsin! Amin!
İMAM RİZANI (Ə) ZİYARƏT ETMƏYİN QAYDALARI

İmam Riza (ə) buyurur: "Hər kəs məni haqqı tanıdığı halda ziyarət etsə, mən və əcdadım Qiyamət günü ona şəfaətçi olarıq." )Biharul-ənvar, c.99, səh.32(
Ziyarətimizin qəbulu və imamın (ə) bizə şəfaətçi olması üçün aşağıdakı əqidələrə malik olmağımız labüddür:
1. İmam Allahın insanlara höccəti və meyarı, Peyğəmbərin və imamların canişini və hər bir günahdan, xətadan məsum və uzaqdır. Ona görə də imama itaət hamıya vacibdir.
2. İmam Allah ilə bəndə arasında feyz vasitəsi, Allahın ən böyük nişanəsi, Allahın mütləq vəlisi və ixtiyar sahibidir.
3. İmam diridir, biz onun hüzurundayıq, hər şeyə və hər kəsə nəzarət edir və qüdrətlidir.
4. İmam hər bir halımızda bizi görür, səsimizi eşidir, salamımıza cavab verir və bizim daxili hisslərimizdən tamamilə agahdır. Odur ki, gərək həmişə özümüzü Allah vəlisinin hüzurunda bilək və günahlardan çəkinək.
5. İmam Riza (ə) Ğəribul-qurəbadır (qəriblərin qəribidir), mehriban imamdır və bütün ziyarətçilərinə diqqətlidir.
Məsum imamların (ə) hər birinin özünəməxsus ziyarət qayda-qanunları və ziyarətnamələri vardır. O imam Rizanı (ə) ziyarət qayda-qanunlarını və məşhur ziyarətnaməsini əziz oxucuların nəzərinə çatdırırıq.

1. İmam Rizanın (ə) qəbrini ziyarət etmək istədiyin zaman evdən çıxmazdan əvvəl qüsl et və qüsl edərkən belə de:
Əllahummə təhhirni və təhhir li qəlbi vəşrəh li sədri və əcri ’əla lisani midhətəkə vəssənaə ələyk. Fəinnəhu la quvvətə illa bik. Əllahumməc’əlhu li təhurən və şifaa.

"İlahi, məni pakla, mənim qəlbimi təharətli et, qəlbimi genişləndir, Öz tərifini, həmd-sənanı mənim dilimə gətir. Səndən başqa heç bir qüvvə yoxdur. İlahi, bu qüslü mənim üçün paklıq və şəfa et."
2. Evdən çıxmaq istədikdə bu duanı oxu:
Bismillahi və billahi və iləllahi və iləbni Rəsulillah. Həsbiyəllahu təvəkkəltu ələllah. Əllahummə iləykə təvəccəhtu və iləykə qəsədtu və ma indəkə ərədtu.
"Allahın adı ilə, Allaha və Onun Peyğəmbərinin övladına doğru. Allah mənə kifayət edər və mən Ona təvəkkül edirəm. İlahi, üzümü yalnız Sənə tuturam və məqsədim yalnız Sənsən və Sənin yanında olanı istəyirəm".
3. Qapıdan çıxarkən qapıda dayanaraq de:

Əllahummə iləykə vəccəhtu vəchi və ’ələykə xəlləftu əhli və mali və ma xəvvəltəni. Və bikə vəsiqtu. Fəla tuxəyyibni ya mən la yuxəyyibu mən əradəhu və la yuzəyyiu mən həfizəh. Səlli ’əla Muhəmmədin və ali Muhəmməd. Vəhfəzni bihifzikə fəinnəhu la yəziu mən həfiztə.
"İlahi, üzümü Sənə tuturam, ailəmi, malımı və mənə hər nə vermisənsə, hamısını Sənə tapşırıram və Sənə söykənirəm. Ey Səni istəyənlərin əlini boş qoymayan və Sənin hörmətini saxlayanları zay etməyən, mənim əlimi boş qoyma. Muhəmməd və onun xanədanına salavat göndər. Məni Öz mühafizəndə qoru! Çünki Sənin qoruduğun heç vaxt aradan getməz".

4. Məşhəd şəhərinə yetişdikdə imamın (ə) hərəminə getməzdən əvvəl ziyarət qüslu et. Qüsl etdiyin zaman de:
Əllahumə təhhirni və təhhirli qəlbi vəşrəh li sədri və əcri ’əla lisani midhətəkə və məhəbbətəkə vəssənaə ’ələykə fəinnəhu la qüvvətə illa bik. Və qəd əlimtu ənnə qivamə dinit-təslimu liəmrikə vəl-ittibau lisunnəti nəbiyyikə vəşşəhadətu ’əla cəmii xəlqik. Əllahumməc’əlhu li şifaən və nura. İnnəkə ’əla kulli şəyin qədir
"İlahi, məni pak, qəlbimi təharətli et. Qəlbimi genişləndir. Öz tərifini, həmd-sənanı dilimə gətir. Məhəbbətini mənə ilham et. Çünki Səndən başqa heç bir qüvvə yoxdur. Həqiqətən, mən bunu bilmişəm ki, dinimin sabitliyi, möhkəmliyi Sənin əmrinə təslim, peyğəmbərlərin sünnəsinə tabe olmaqda, bütün məxluqata şəhadət verməkdədir. İlahi, bu qüslü mənim üçün şəfa və nur qərar ver. Həqiqətən, Sən hər şeyə qadirsən".

5. Qüsl etdikdən sonra ən gözəl və ən təmiz libasını geyinib kiçik və vüqarlı addımlarla hərəmə tərəf yola düş. Ürəyini Allah zikri ilə məşğul edərək de:
Əllahu əkbər, la ilahə illəllah, subhanəllah, əlhəmdu lillah.

"Allah böyükdür. Allahdan başqa heç bir Məbud yoxdur. Allah pak və müqəddəsdir. Bütün həmd-sənalar Allaha məxsusdur".
6. Hərəmə çatdıqda qapı ağzında dayanıb izn istəyərək de:

Əllahummə inni vəqəftu ’əla babin min əbvabi buyuti nəbiyyikə səlavatukə ələyhi və alih. Və qəd mənə’tən-nasə ən yədxulu illa biiznih. Fəqultə: Ya əyyuhəlləzinə amənu la tədxulu buyutən-nəbiyyi illa ən yu’zənə ləkum. Əllahummə inni ə’təqidu hurmətə sahibi hazəl-məşhədiş-şərifi fi ğəybətihi kəma ə’təqiduha fi həzrətih. Və ə’ləmu ənnə rəsuləkə və xuləfaəkə ələyhimus-səlamu əhyaun indəkə yurzəqun. Yərəvnə məqamı və yəsməunə kəlamı və yəruddunə səlami. Və ənnəkə həcəbtə ən səm’i kəlaməhum və fətəhtə babə fəhmi biləzizi munacatihim. Və inni əstə’zinukə ya Rəbbi əvvələn. Və əstə’zinu rəsuləkə səlləllahu ələyhi və alihi saniyən. Və əstə’zinu xəlifətəkəl-imaməl-məfruzə ələyyə taətuhu Əliyyəbnə Musər-Riza ələyhis-səlamu vəl-məlaikətəl-muvəkkəlinə bihazihil-buq’ətil-mubarəkəti salisən. Əədxulu ya Rəsuləllah? Əədxulu ya Huccətəllah? Əədxulu ya məlaikətəllahil-muqərrəbinəl-muqiminə fi hazəl-məşhəd. Fə’zən li ya məvlayə fidduxuli əfzələ ma əzinətə liəhədin min əvliyaikə fəin ləm əkun əhlən lizalikə fəəntə əhlun lizalik.

"İlahi! Mən Peyğəmbərinin (sənin salamın olsun ona və onun əhli-beytinə) evlərinin qapılarından olan bir qapı önündə durmuşam. Sən o qapıdan icazəsiz daxil olmağı insanlara qadağan edərək "Ey insanlar, sizə icazə verilmədən Peyğəmbərin evinə daxil olmayın" - buyurmusan. İlahi, mən bu şərafətli qəbrin sahibinə hüzurunda (həyatında) hörmət bəslədiyim kimi qeybətində də (ölümündən sonra da) hörmət bəsləyirəm. Mən bilirəm ki, həqiqətən, Sənin Rəsulun və Sənin təyin etdiyin canişinlər (Allahın salamı olsun onlara) sənin yanında diridirlər və ruzi yeyirlər. Onlar mənim yerimi görür, sözlərimi eşidir və salamımın cavabını verirlər. İlahi, Sən mənim qulağımı onların sözlərini eşitməkdən məhrum etsən də, onlarla minacat etmək ləzzətini dərk etmək üçün şüur, idrak qapılarını mənim üzümə açmısan. Ey mənim Rəbbim, mən daxil olmaq üçün əvvəl Səndən icazə istəyirəm. İkincisi, Peyğəmbərindən (Allahın salamı olsun ona və onun Əhli-beytinə) icazə istəyirəm. Üçüncüsü, Sənin təyin etdiyin və mənə itaəti vacib olan imam Əli ibn Musa ər-Rizadan və mələklərdən izn istəyirəm. Ey Allahın Rəsulu daxil olummu? Daxil olummu, ey məqbərədə hüzuru olan müqərrəb mələklər? Ey mənim mövlam, mənə daxil olmağa icazə ver. Elə bir icazə ver ki, öz dostlarına verdiyin icazənin ən üstünü olsun. Mənim bu icazəyə ləyaqətim olmasa da sən bu icazəni verməyə ləyaqətlisən"
7. Sonra hərəmə daxil olarkən de:

Bismillahi və billahi və ’əla milləti Rəsulillahi səlləllahu ələyhi və alih. Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Və ənnə Əliyyən vəliyullah.

"Allahın adı və Allahın köməyi ilə. Rəsulallahın (Allahın salamı olsun ona və onun əhli-beytinə) dininə müvafiq olaraq, şəhadət verirəm ki, şəriksiz və yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) onun qulu və elçisidir və Əli Allahın vəlisidir".
8. Sonra zirehin yanına gedib o Həzrətlə üzbəüz durub de:

Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Və ənnəhu səyyidul-əvvəlinə vəl-axirin. Və ənnəhu səyyidul-ənbiyai vəl-mursəlin. Əllahummə səlli ’əla Muhəmmədin əbdikə və rəsulikə və nəbiyyikə və səyyidi xəlqikə əcməin. Səlatən la yəqva ’əla ihsaiha ğəyruk. Əllahummə səlli ’əla Əmiril-mu’mininə Əliyyibni Əbitalibin əbdikə və əxi rəsulikəl- ləzintəcəbtəhu biilmik. Və cəəltəhu hadiyən limən şi’tə min xəlqik. Vəddəlilə ’əla mən bəəstəhu birisalatikə və dəyyanəd-dini biədlik. Və fəsli qəzaikə bəynə xəlqik Vəlmuhəyminə ’əla zalikə kullih. Vəssəlamu ələyhi və rəhmətullahi və bərəkatuh. Əllahummə səlli ’əla Fatimətə binti nəbiyyikə və zəvcəti vəliyyikə və ummis-sibtəynil-Həsəni vəl Husəyn. Səyyidəy şəbabi əhlil-cənnəh. Əttuhrətit-tahirətil-mutəhhərəh. Ət-təqiyyətin-nəqiyyətir-rəziyyətiz-zəkiyyəh. Səyyidəti nisai əhlil-cənnəti əcməinə səlatən la yəqva ’əla ihsaiha ğəyruk. Əllahummə səlli ələl-Həsəni vəl Husəyn. Sibtəy nəbiyyikə və səyyidəy şəbabi əhlil-cənnəh. Əl qaiməyni fi xəlqikə vəd dəliləyni ’əla mən bəəstə birisalatikə və dəyyanəyid-dini biədlik. Və fəsləy qəzaikə bəynə xəlqik. Əllahummə səlli ’əla Əliyyibnil-Husəyni əbdikəl-qaimi fi xəlqikə vəd-dəlili ’əla mən bəəstə birisalatikə və dəyyanid-dini biədlik. Və fəsli qəzaikə bəynə xəlqikə Səyyidil-abidin Əllahummə səlli ’əla Muhəmməd ibni Əliyyin əbdikə və xəlifətikə fi ərzikə Baqiri ilmin-nəbiyyin. Əllahummə səlli ’əla Cəfər ibni Muhəmmədinis-Sadiq. Əbdikə və vəliyyi dinikə və huccətikə ’əla xəlqikə əcməin. Əssadiqil-Barr. Əllahummə səlli ’əla Musəbni Cə’fərin əbdikəs-salihi və lisanikə fi xəlqik. Ən-natiqi bihukmikə vəl-huccəti ’əla bəriyyətik. Əllahummə səlli ’əla Əliyyibni Musər-Rizəl-Murtəza. Əbdikə və vəliyyi dinikəl qaimi biədlik. Vəddai ila dinikə və dini abaihis-sadiqin. Səlatən la yəqva ’əla ihsaiha ğəyruk. Əllahummə səlli ’əla Məhamməd ibni Əliyyin əbdikə və vəliyyikəl-qaimi biəmrikə vəddai ila səbilik. Əllahummə səlli ’əla Əliyyibni Muhəmmədin əbdikə və vəliyyi dinik. Əlahummə səlli ələl-Həsən ibni Əliyyin əlamili biəmrik. Əlqaimi fi xəlqik. Və huccətikəl-muəddi ən nəbiyyikə və şahidikə ’əla xəlqik. Əlməxsusi bikəramətik. Əddai ila taətikə və taəti rəsulikə səlavatukə ələyhim əcməin. Əllahummə səlli ’əla huccətikə və vəliyyik. Əlqaimi fi xəlqikə səlatən tammətən namiyətən baqiyəh. Tuəccilu biha fərəcəhu və tənsuruhu biha və təc’əluna məəhu fiddunya vəl axırəh. Əllahummə inni ətəqərrəbu iləykə bihubbihim və uvali vəliyyəhum və uadi əduvvəhum. Fərzuqni bihim xəyrəd-dunya vəl axirəh. Vəsrif ənni bihim şərrəd-dunya vəl-axirəti və əhvalə yəvmil-qiyaməh.

"Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. Onun heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (Allahın salamı olsun ona və onun əhli-beytinə) Onun qulu və elçisidir və o həqiqətən də, ilk və son məxluqların, ənbiyaların və mürsəllərin ağasıdır. İlahi, Öz bəndən, rəsulun, nəbin və bütün məxluqatının ağası olan Muhəmmədə (s) saymağa Səndən başqa kimsənin qüdrəti olmayan salavat göndər! İlahi, Öz qulun və Rəsulunun qardaşı Əli ibn Əbu Talibə salavat göndər! Elə bir kəsə ki, onu Öz elminlə seçib, istədiyin bəndələrin üçün hidayətçi, Öz risalətin üçün məbus etdiyin şəxsi tanımaqda yol göstərən, Öz dinində ədalətli hakim, bəndələrinin arasında haqqı batildən ayıran qərar verib, məqamını hamıdan üstün etmisən. Salam olsun ona, Allahın rəhmət və bərəkəti olsun ona! İlahi! Rəsulunun qızı, öz seçdiyin vəlinin zövcəsi, Peyğəmbərin iki nəvəsinin - Cənnət cavanlarının ağaları Həsən və Hüseynin anası Fatiməyə - pak-pakizə xanıma, hər növ zahiri və batini çirkinliklərdən paklanmış, Təqiyyə (təqvalı), Nəqiyyə (təmiz), Rəziyyə (Allahın əmrinə razı), Zəkiyyə (pak) və Cənnət qadınlarının seyyidəsi olan xanıma salavat göndər! Elə bir salavat ki, Səndən başqası onu saya bilməsin. İlahi, Həsən və Hüseynə, Peyğəmbərin (s) iki nəvəsinə, Cənnət cavanlarının iki ağasına, bəndələrinin arasında haqq uğrunda qiyam edənlərə, Öz risalətin üçün məbus etdiyin şəxsi tanımaqda iki dəlil olanlara, dininin iki ədalətli hakiminə və bəndələrinin arasında haqqı batildən ayıranlara salavat göndər! İlahi, bəndələr arasında höccətin olan, Öz risalətinə məbus etdiyin şəxsi tanımaqda dəlil olan, dininin ədalətli hakimi olan, bəndələr arasında haqqı batildən ayıran abidlərin ağası qulun Əli ibn Hüseynə salavat göndər!
İlahi, Öz qulun, yer üzündə xəlifən və peyğəmbərlər elmini yarıb incəliklərinə varan Muhəmməd ibn Əliyə salavat göndər!
İlahi, Öz bəndən, dininin başçısına, bütün bəndələrinə höccət olan sadiq, xeyirxah Cəfər ibn Muhəmməd əs-Sadiqə salam göndər!
İlahi, saleh bəndən, bəndələrinin arasında hikmətlə danışan dilin və bəndələrin üçün höccət olan Musa ibn Cəfərə salam göndər!
İlahi, Səndən razı olan, qulun, dininin başçısı, ədalətini bərqərar edən, Sənin və öz sədaqətli ata-babalarının dininə dəvət edən Əli ibn Musa ər-Rizaya salavat göndər! Elə bir salavat ki, Səndən başqa kimsə onu saya bilməsin.

İlahi, Öz qulun, dostun, Sənin əmrini bərpa edən və Sənin yoluna dəvət edən Muhəmməd ibn Əliyə salavat göndər!
İlahi, Öz qulun və dininin başçısı Əli ibn Muhəmmədə salavat göndər!

İlahi, Sənin Peyğəmbərin tərəfindən haqq dini bərpa edən, Sənin xalqının şahidi olan, lütf və kəramətdə xüsusi olan Sənin və Peyğəmbərinin yoluna dəvət edən höccətin Həsən ibn Əliyə salavat göndər! Sənin salavatın olsun onların hamısına! İlahi, Öz höccətinə və bəndələrinin haqqını bərpa edən dostuna (imam Zaman - Allah onun zühurunu tezləşdirsin) salavat göndər! Ona tam, artan və davamlı salavat göndər, o salavatın səbəbi ilə zühurunu tezləşdir, ona kömək yetir, dünya və axirətdə bizi onunla birgə et!

İlahi, həqiqətən, mən onlara məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşır, dostları ilə dostluq, düşmənləri ilə düşmənlik edirəm. Onların hörmətinə xatir mənə dünya və axirət xeyrini nəsib et, onların hörmətinə xatir dünya və axirət şərini, Qiyamət gününün dəhşətli məqamlarını məndən uzaqlaşdır!"
9. Sonra şərif qəbrin baş tərəfində oturub deyirsən:

Əssəlamu ’ələykə ya vəliyyəllah. Əssəlamu ’ələykə ya huccətəllah. Əssəlamu ’ələykə ya nurəllahi fi zulumatil-ərz. Əssəlamu ’ələykə ya əmudəd-din. Əssəlamu ’ələykə ya varisə Adəmə səfvətillah. Əssəlamu ’ələykə ya varisə Nuhin-nəbiyyillah. Əssəlamu ’ələykə ya varisə İbrahimə xəlilillah. Əsəlamu ’ələykə ya varisə İsmailə zəbihillah. Əssəlamu ’ələykə ya varisə Musa kəlimillah. Əssəlamu ’ələykə ya varisə’İsa ruhillah. Əssəlamu ’ələykə ya varisə Muhəmmədin rəsulillah. Əssələmu ’ələykə ya varisə Əmiril-mumininə Əliyyin vəliyyillahi və vəsiyyi rəsuli Rəbbil-aləmin. Əssəlamu ’ələykə ya varisə Fatimətəz-Zəhra. Əssəlamu ’ələykə ya varisəl-Həsəni vəl-Husəyn. Səyyidəy şəbabi əhlil cənnəh. Əssəlamu ’ələykə ya varisə Əliyyibnil-Husəyni Zəynil-abidin. Əssəlamu ’ələykə ya varisə Muhəmməd ibni Əliyyin Baqiri ilmil-əvvəlinə vəl axirin. Əsəlamu ’ələykə ya varisə Cə’fər ibni Muhəmmədinis-Sadiqil-Barr. Əssəlamu ’ələykə ya varisə Musəbni Cə’fər. Əssəlamu ’ələykə əyyuhəs-siddiquş-şəhid. Əssəlamu ’ələykə əyyuhəl-vəsiyyul-barrut- təqiyy. Əşhədu ənnəkə qəd əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə bil-mərufi və nəhəytə ənil-munkər. Və əbədtəllahə hətta ətakəl-yəqin. Əssəlamu ’ələykə ya Əbəlhəsəni və rəhmətullahi və bərəkatuh.
"Salam olsun sənə, ey Allahın vəlisi!
Salam olsun sənə, ey Allahın höccəti!
Salam olsun sənə, ey yer üzünün zülmətlərindəki Allah nuru!
Salam olsun sənə, ey dinin sütunu!
Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi!
Salam olsun sənə, ey Allah peyğəmbəri Nuhun varisi!
Salam olsun sənə, ey Allahın dostu olan İbrahimin varisi!
Salam olsun sənə, ey Allah qurbanı olan İsmayılın varisi!
Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi!
Salam olsun sənə, ey Allah ruhu olan İsanın varisi!
Salam olsun sənə, ey Allah rəsulu Muhəmmədin (s) varisi!
Salam olsun sənə, ey Allahın vəlisi, aləmlərin Rəbbinin Rəsulunun canişini Əli ibn Əbutalibin varisi!
Salam olsun sənə, ey Fatimeyi-Zəhranın varisi!
Salam olsun sənə, ey cənnət cavanlarının ağaları olan Həsən və Hüseynin varisi!
Salam olsun sənə, ey abidlərin zinəti olan Əli ibn Hüseynin varisi!
Salam olsun sənə, ey əvvəldəkilərin və axırdakıların elmini yarıb incəliklərinə varan Muhəmməd ibn Əlinin varisi!
Salam olsun sənə, ey xeyirxah və Sadiq olan Cəfər ibn Muhəmmədin varisi!
Salam olsun sənə, ey Musa ibn Cəfərin varisi!
Salam olsun sənə, ey Siddiq və Şəhid!
Salam olsun sənə, ey (peyğəmbərin) canişin, ey xeyirxah, ey təqvalı. Şəhadət verirəm ki, həqiqətən, sən ömrünün axrınadək namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pisliklərdən çəkindirdin və Allaha ibadət etdin. Salam olsun sənə, ey Əbülhəsən! Allahın rəhmət və bərəkəti olsun sənə.
10. Sonra üzünü zirehə yapışdırıb deyərsən:

Əllahummə iləykə səmədtu min ərzi və qətə’tul-biladə rəcaə rəhmətik. Fəla tuxəyyibni və la təruddəni biğəyri qəzai hacəti. Vərhəm təqəllubi ’əla qəbribni əxi rəsulikə sələvatukə ələyhi və alih. Biəbi əntə və ummi ya məvlay. Ətəytukə zairən vafidən aiza. Mimma cənəytu ’əla nəfsi vəhtətəbtu ’əla zəhri. Fəkun li şafiən iləllahi yəvmə fəqri və faqəti. Fələkə indəllahi məqamun məhmudun və əntə indəhu vəcih.

İlahi, rəhmətinə ümid bəslədiyimə görə öz vətənimdən çıxaraq şəhərlərdən keçib sənə tərəf gəldim, mənim ümidimi kəsmə, istəklərimi yerinə yetirməmiş məni geri qaytarma! Sənin Peyğəmbərinin (Sənin salavatın olsun ona və onun əhli-beytinə) qardaşının oğlunun qəbrinə sığınmağıma görə mənə rəhm et. Atam-anam sənə fəda olsun, ey mənim mövlam!

Ey mövlam, sənin qəbrinin ziyarətçisiyəm. Nəfsimə etdiyim cinayətlərdən çiyinlərimə yüklədiyim günahlarımın bağışlanması üçün gəlmişəm. Mənim üçün ehtiyac, fəqirlik və yoxsulluq günündə Allah yanında şəfaətçi ol, çünki Allah yanında sənin üçün bəyənilmiş bir məqam var. Sən də Allah yanında hörmətlisən".
11. Sonra sağ əlini qaldırıb, sol əlini zirehə çəkib deyərsən:

Əllahummə inni ətəqərrəbu iləykə bihubbihim və bivilayətihim. Ətəvəlla axirəhum bima təvəlləytu bihi əvvələhum. Və Əbrəu min kulli vəlicətin dunəhum. Əllahumməl’ənilləzinə bəddəlu ni’mətəkə vəttəhəmu nəbiyyəkə və cəhədu biayatikə və səxiru biimamikə və həməlunnasə ’əla əktafi ali Muhəmməd. Əllahummə inni ətəqərrəbu iləykə billə’nəti ələyhim vəl-bəraəti minhum fiddünya vəl-axirəti ya Rəhman.

İlahi, imamların (ə) məhəbbəti, vilayətinə görə Sənin dərgahına yaxınlaşıram. Onların birincisinə məhəbbət bəslədiyim kimi axırıncısına da məhəbbət bəsləyirəm. Onlardan başqa hər bir sığınacaqdan uzağam. İlahi, Sənin nemətini (imamətini üsyankarlıqla) dəyişdirənlərə, Peyğəmbərinə (xilafət məsələsində) ittiham vuranlara, Sənin ayələrini inkar edənlərə, Sənin imamına istehza edənlərə, camaatı Ali Muhəmmədin düşmənçiliyinə vadar edənlərə lənət et. Mən dünya və axirətdə onlara lənət edib bezarlıq etməklə sənin dərgahına yaxınlaşıram. Ey Rəhman olan Allah!"
12. Sonra qəbrin ayaq tərəfində durub deyirsən:

Səlləllahu ’ələykə ya Əbəlhəsən. Səlləlləhu ’əla ruhikə və bədənik. Səbərtə və əntəs-Sadiqul-musəddəq. Qətələllahu mən qətələkə bil-əydi vəl-əlsun.
"Allahın salavatı olsun sənə, ey Əbülhəsən. Allahın salavatı olsun sənin ruhuna və sənin bədəninə, sən doğruçu və təsdiq olunmuş olduğun halda (müsibətlərə) səbr etdin. Səni dil və əlləri ilə öldürənləri Allah öldürsün."

Bu ziyarətdən sonra Allahdan hacətlərini dilə və Əmir əl-möminin, imam Həsən, imam Hüseyn və sair imamların (ə) qatillərinə lənət et, sonra mübarək qəbrin baş tərəfinə gedib iki rəkət namaz qıl, birinci rükətdə: "Həmd"dən sonra "Ya sin" surəsini, ikinci rəkətdə isə "Həmd"dən sonra "ər-Rəhman" surəsini oxu. Sonra özünə, ata-anana, qohum-qardaşa və sair möminlərə çoxlu dua et. Hər nə qədər mümkündürsə, mübarək qəbrin baş tərəfində otur və vacib namazlarını da orada qıl. Əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, indiki zamanda imamı ziyarət edən çoxdur və məqbərənin, xüsusən qəbrin baş tərəfində yerin məhdud olduğu üçün yaxşıdır ki, insan başqa zəvvarların halını nəzərə alıb ziyarətə xas olan əməlləri yerinə yetirdikdən sonra öz yerini başqasına versin. Əhli-beytin qatillərinə hər hansı dil və ibarətlə lənət etmək caizdir. Lakin bəzi dualardan istifadə olunur ki, bu dualardakı ibarətlə olsa, daha yaxşıdır.

Əllahumməl’ən qətələtə Əmiril-mu’mininə və qətələtəl-Həsəni vəl-Husəyni ələyhimus-səlam. Və qətələtə əhlibəyti nəbiyyik. Əllahumməl’ən ə’daə ali Muhəmmədin və qətələtəhum və zidhum əzabən fəvqəl-əzab. Və həvanən fəvqə həvan. Və zullən fəvqə zull. Və xizyən fəvqə xizy. Əllahummə du’əhum ilən-nari də’ən və ərkishum fi əliimi əzabikə rəksən vəhşurhum və ətbaəhum ila cəhənnəmə zuməra.

"İlahi, Əmir əl-mömininin qatillərinə, Həsən və Hüseynin (salam olsun onlara) qatillərinə və Peyğəmbərinin qatillərinə lənət et. İlahi, Ali Muhəmmədin düşmənlərinə və onların qatillərinə lənət et. Onların əzablarına əzab, alçaqlıqlarına alçaqlıq, zillətlərinə zillət və zəlilliklərinə zəlillik artır. İlahi, onları Cəhənnəm oduna at və onlara şiddətli əzab libası geyindir. Onları və onların davamçılarını bir qrup olaraq Cəhənnəmə topla."


İMAM RİZANIN (Ə) ZİYARƏTİNDƏN SONRA OXUNAN DUA
"Töhfət üz-zair" kitabında yazılmışdır: Şeyx Mufid nəql edir ki, İmam Rizanın (ə) ziyarət namazından sonra bu duanın oxunması müstəhəbdir.
Əllahummə inni əs’əlukə ya Əllahud-daimu fi mulkih. Əlqaimu fi izzih. Əlmuta’u fi sultanih. Əlmutəfərridu fi kibriyaih. Əlmutəvəhhidu fi dəymumiyyəti bəqaih. Əladilu fi bəriyyətih. Əlalimu fi qəziyyətih. Əlkərimu fi tə’xiri uqubətih. İlahi hacati məsrufətun iləykə və amali məvqufətun lədəyk. Və kulləma vəffəqtəni min xəyrin fəəntə dəlili ələyh. Və təriqi iləyh. Ya qədirən la təuduhul-mətalib. Ya məliyyən yəlcəu iləyhi kullu rağib. Ma ziltu məshubən minkə bin-niəmi cariyən ’əla adatil-ihsani vəl-kərəm. Əs’əlukə bil-qudrətin-nafizəti fi cəmiil-əşya. Və qəzaikəl-mubrəmil-ləzi təhcubuhu biəysərid-duai və bin-nəzrətilləti nəzərtə biha iləl-cibali fətəşaməxət. Və iləl-ərəzinə fətəsəttəhət. Və iləssəmavati fərtəfəət. Və iləl-bihari fətəfəccərət. Ya mən cəllə ən ədəvati ləhəzatil-bəşəri və lətufə ən dəqaiqi xətəratil-fikər. La tuhmədu ya səyyidi illa bitəvfiqin minkə yəqtəzi həmdən və la tuşkəru ’əla əsğəri minnətin illəstəvcəbtə biha şukra. Fəməta tuhsa nə’maukə ya İlahi və tucaza alaukə ya məvlay. Və tukafəu sənaiukə ya səyyidi. Və min niəmikə yəhmədul-hamidun. Və min şukrikə yəşkuruş-şakirun. Və əntəl-mu’təmadu lizzunubi fi əfvik. Vən-naşiru ələl-xatiinə cənahə sitrik. Və əntəl-kaşifu lizzurri biyədik. Fəkəm min səyyiətin əxfaha hilmukə hətta dəxilət. Və həsənətin zaəfəha fəzlukə hətta əzumət ələyha mucazatuk. Cələltə ən yuxafə minkə illəl-ədlu və ən yurca minkə illəl-ihsanu vəl-fəzl. Fəmnun ələyyə bima əvcəbəhu fəzluk. Və la təxzulni bima yəhkumu bihi ədluk. Səyyidi ləv əlimətil-ərzu bizunubi ləsaxət bi, əvil-cibalu ləhəddətni əvis-səmavatu ləxtətəfətni əvil-biharu ləəğrəqətni. Səyyidi, səyyidi, səyyidi. Məvlayə, məvlayə, məvlay. Qəd təkərrərə vuqufi liziyafətik. Fəla təhrimni ma vəədtəl-mutəərrizinə liməs’ələtik ya mə’rufəl-arifinə ya mə’budəl-abidin. Ya məşkurəş-şakirinə ya cəlisəz-zakirin. Ya məhmudə mən həmidəh. Ya məvcudə mən tələbəh. Ya məvsufə mən vəhhədəh. Ya məhbubə mən əhəbbəh. Ya ğəvsə mən əradəh. Ya məqsudə mən ənabə iləyh. Ya mən la yə’ləmul-ğəybə illa huvə. Ya mən la yəsrifus-suə illa huvə. Ya mən la yudəbbirul-əmrə illa huvə. Ya mən la yəğfiruz-zənbə illa huvə. Ya mən la yəxluqul-xəlqə illa huvə. Ya mən la yunnəzzilul-ğəysə illa huvə. Səlli ’əla Muhəmmədin və ali Muhəmməd. Vəğfirli ya xəyrəl-ğafirin. Rəbbi inni əstəğfirukəstiğfarə həyain və əstəğfirukəstiğfarə rəcain və əstəğ-
firukəstiğfarə inabətin və əstəğfirukəstiğfarə rəğbətin və əstəğfirukəstiğfarə rəhbətin və əstəğfirukəstiğfarə taətin və əstəğfirukəstiğfarə imanin və əstəğfirukəstiğfarə iqrarin və əstəğfi-
ruğkəstiğfarə ixlasin və əstəğfiruğkəstiğfarə təqva və əstəğfiruğkəstiğfarə təvəkkulin və əstəğ
firuğkəstiğfarə zillətin və əstəğfiruğkəstiğfarə amilin ləkə, haribin minkə iləykə fəsəlli ’əla Muhəmmədin və ali Muhəmməd. Və tub ələyyə və ’əla validəyyə bima tubtə və tətubu ’əla cəmii xəlqikə ya Ərhəmərrahimin. Ya mən yusəmma bil-Ğəfurir-Rəhim. Ya mən yusəmma bil-Ğəfurir-Rəhim. Ya mən yusəmma bil-Ğəfurir-Rəhim. Səlli ’əla Muhəmmədin və ali Muhəmməd. Vəqbəl təvbəti və zəkki əməli vəşkur sə’yi vərhəm zəraəti və la təhcub səvti. Və la tuxəyyib məs’ələti ya ğəvsəl-mustəğisin. Və əbliğ əimməti səlami və duai və şəffi’hum fi cəmii ma səəltukə və əvsil hədiyyəti iləyhim kəma yənbəği ləhum və zidhum min zalikə ma yənbəği ləkə biəz’afin la yuhsiha ğəyruk. Vəla həvlə və la quvvətə illa billahil Əliyyil-Əzim. Və səlləllahu ’əla ətyəbil-mursəlinə Muhəmmədin və alihit-tahirin.


Ey Allah, Səndən diləyirəm,

Ey hakimliyi əbədi, izzəti möhkəm və səltənətində bütün varlıqların tabe olduğu, əzəmət və böyüklükdə tək, həmişəlik bəqada Yeganə, məxluqları arasında ədalətlə rəftar edən Allah, qəzavətdə Alim, cəzanın təxirə salınmasında Kərim. Ey Allah, mənim hacətlərim Sənə tərəf yönəlir və arzularım Sənin dərgahında vəqf olunmuşdur. Məni hər bir yaxşı əmələ nail etmisənsə, o işdə mənim hidayətçim və ona tərəf mənim yolum Sən olmusan. Ey istəklərin (çoxluğundan) aciz qalmayan Qadir Allah! Ey hər müştaqın pənah gətirdiyi Qəni! Həmişə Sənin nemətlərinə yaxın olmuşam və (mənə qarşı olan) ehsan və kərəminin yollarında addım atmışam. Hər bir şey nüfuz edən qüdrətin və (bəndənin kiçik duası ilə dəyişən) qəti hökmünlə Səndən istəyirəm. Dağlara baxdığın zaman dağları ucaldan, yerlərə baxdığın zaman yerləri düzənləyən, asimanlara baxdığın zaman onları yüksəldən, dənizlərə baxdığın zaman onları təlatümə gətirən inayət və nəzərinlə Səndən istəyirəm. Ey bəşərin görmə vasitələrindən daha yüksək, düşüncələrdən keçən incəliklərdən daha lətif. Ey mənim mövlam, bizi sitayişə də Sən müvəffəq etmisən. Ən kiçik nemətə şükr olunsa da o şükrə də şükr lazımdır. Bəs nə zaman nemətlərin saya gələr, ey mənim Məbudum! Ətalarına şükr olunan, ey mənim sevincim!

Və verdiklərinə təşəkkür olunan , ey mənim Mövlam. O da sənin nemətlərindəndir ki, sitayiş edənlər sənə sitayiş edir. Və Sənin şükründür ki, şükr edənlər Sənə şükr edir. Günahların əfv olunmasında Sənə etimad olunar, xətakarların xətalarını örtən Sənsən. Və qüdrətinlə çətinliyi aradan qaldıran Sənsən. Nə çoxdur günahlar ki, Sənin helmin onları yox olana qədər gizlətdi. Nə çoxdur gözəl işlər ki, Sənin fəzlin onu çoxalanadək neçə qat mükafatlandırdı.

Sənin yalnız ədalətindən qorxmaq lazımdır. Sənə yalnız fəzlinə görə ümid bəslənməlidir. Sənin fəzlinin nəticəsi olanla mənə minnət qoy və məni ədalətinin hökm etdiyi ilə xar etmə, ey mənim mövlam. Doğrusu, yer mənim günahlarımdan agah olsaydı, mütləq məni udardı. Ya əgər dağlar onlardan xəbər tutsaydı, məni sındırardılar, əgər asimanlar bilsəydilər, məni məhv edərdilər. Ey mənim ağam, ey mənim Mövlam və mənim sevincim. Doğrusu, dəfələrlə oldu ki, qonaqlığına gəldim. Belə ki, diləyənlərə vəd buyurduğundan məni məhrum etmə, ey ariflərin tanıdığı, ey abidlərin məbudu, ey şakirlərin şükr etdiyi, ey zikr əhlinin munisi, ey sitayiş edənlərin həmd olunan, ey Səni axtaranın yanında hazır, ey yeganəliyini pərəstiş edən kəsin vəsf ediləni, ey Onu sevənin məbudu, ey Onu səsləyənin fəryadına çatan, ey Ona tərəf qayıdan kəsin məqsədi. Ondan başqa kimsə qeybi bilməz. Ondan başqa ki, kimsə pislik və bəlanı dəyişməz. Ondan başqa kimsə işin tədbirini görməz. Ondan başqa kimsə günahı bağışlamaz, Ondan başqa kimsə məxluq yaratmaz. Ondan başqa kimsə yağışı yağdırmaz. Muhəmməd və Ali-Muhəmmədə salam göndər. Ey bağışlayanların ən yaxşısı, məni bağışla. Ey Pərvərdigar, Səndən bağışlanma istəyirəm. Həya və utancaqlıq bağışlanması. Səndən bağışlanma istəyirəm, ümidvarlıq bağışlanması, Səndən bağışlanma istəyirəm, tövbə və qayıdış bağışlanması, Səndən bağışlanma istəyirəm, şövq üzündən bağışlanma, səndən bağışlanma istəyirəm, qorxu üzündən bağışlanma, Səndən bağışlanma istəyirəm, itaət üzündən bağışlanma və Səndən bağışlanma istəyirəm iman üzündən bağışlanma, Səndən bağışlanma istəyirəm, günahı etiraf üzündən bağışlanma, Səndən bağışlanma istəyirəm, ixlas üzündən bağışlanma, Səndən bağışlanma istəyirəm, təqva və pəhrizkarlıq bağışlanması, səndən bağışlanma istəyirəm zəlillik üzündən bağışlanma və Səndən (qorxundan) Sənə tərəf qaçan kəsin bağışlanmasını istəyirəm Muhəmməd və Ali-Muhəmmədə salam göndər!
Mənim və ata-anamın tövbəsini qəbul et! Necə ki, bəndələrinin hər birinin tövbəsini qəbul edirsən ey rəhimlilərin ən rəhimlisi.
Ey Ğəfur (bağışlayan) və Rəhim (rəhm edən) adlandırılan, ey Ğəfur və Rəhim adlandırılan, ey Ğəfur və Rəhim adlandırılan Muhəmməd və ali Muhəmmədə salavat və salam göndər, mənim tövbəmi qəbul et, əməlimi pakla, səy və çalışmağımı mükafatlandır. Sənin müqabilində əyilməyimə görə rəhm et, dua və istəyimi geri qaytarma, ey dadaçatanların dadına çatan. Salam və duamı imamlarıma çatdır, onları bütün istəklərimdə şəfaətçi et! Hədiyyəmi onların məqamına layiq bir şəkildə onlara yetir! Onu öz tərəfindən layiq bildiyin kimi elə çoxalt ki, səndən başqa heç kəs onu hesablaya bilməsin. Uca məqam sahibi Allahdan başqa heç bir hövl və qüvvə yoxdur. Allahın salavat və salamı peyğəmbərlərin ən yaxşısı Muhəmməd Mustəfaya və onun pak Əhli-beytinə olsun!


İMAM RİZANIN (Ə) QISA ZİYARƏTNAMƏSİ
Şeyx Mufid "Moqneə" kitabında nəql etmişdir. Ziyarət qüslünü etdikdən və öz ən təmiz paltarını geyindikdən sonra deyərsən:
Əssəlamu ’ələykə ya vəliyyəllahi vəbnə vəliyyih. Əssəlamu ’ələykə ya huccətəllahi vəbnə huccətih. Əssəlamu ’ələykə ya imaməl-huda vəl-urvətəl-vusqa və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkə məzəytə ’əla ma məza ələyhi abaukət tahirunə sələvatullahi ələyhim. Ləm tu’sir əmən ’əla hudən və ləm təmil min həqqin ila batilin və ənnəkə nəsəhtə lillahi və lirəsulihi və əddəytəl-əmanəh. Fəcəzakəllahu ənil-islami və əhlihi xəyrəl-cəza. Ətəytukə biəbi və ummi zairən arifən bihəqqik. Muvaliyən liəvliyaikə muadiyən liə’daikə fəşfə’li ində Rəbbik.
Əssəlamu ’ələykə ya məvlayə yəbnə Rəsulillahi və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkəl-imamul-hadi vəl-vəliyyul-murşid. Əbrəu iləllahi min ə’daikə və ətəqərrəbu iləllahi bivilayətik. Səlləllahu ’ələykə və rəhmətullahi və bərəkatuh.
"Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!

Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!

Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən. Allahın salavatı olsun onlara. Zəlalət qaranlığına hidayət nuru saçmısan. Heç vaxt haqqdan batilə əyilməmisən.
Sən həqiqətən də, Allah və onun Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirmisən. Allah səni islam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Atam-anam sənə fəda olsun, mən sənin ziyarətinə, sənin imamət haqqına agah olaraq və dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilərək gəlmişəm. Mənə Allah dərgahında şəfaətçi ol.

Salam olsun sənə, ey mənim mövlam, ey Rəsulallahın oğlu! Allahın rəhmət və bərəkəti olsun sənə.

Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınıram və sənin vilayətinə görə Allah dərgahına sığınıram. Allahın salavatı, rəhməti və bərəkəti olsun sənə".


HƏZRƏT İMAM RİZA (Ə) İLƏ VİDALAŞMA
La cəələhullahu axirə təslimi ələyk. Əssəlamu ’ələykə ya vəliyyəllahi və rəhmətullahi və bərəkatuh. Əllahummə la təc’əlhu axirəl-əhdi min ziyarətibnə nəbiyyikə və huccətəkə ’əla xəlqik. Vəcmə’ni və iyyahu fi cənnətikə vəhşurni məəhu və fi hizbihi məəş-şuhədai vəs-salihinə və həsunə ulaikə rəfiqa. Və əstəvdiukəllahə və əstər’ikə və əqrəu ələykəssəlam. Amənna billahi və bir-Rəsuli və bima ci’tə bihi və dələltə ələyhi fəktubna məəşşahidin.
Bu salamımı Allah sənə axırıncı salam qərar verməsin. Salam olsun sənə, ey Allahın vəlisi və Allahın rəhməti, bərəkətləri də sənə olsun. Ey Allah, Peyğəmbərinin övladı və yaratdıqlarına Sənin höccətinin ziyarətini sonuncu qərar vermə. Behiştdə məni və onu cəm et, onunla, onun zümrəsində, şəhidlər və salehlərlə məni məhşur et və onlar yaxşı dostlardırlar və səni Allaha tapşırıram. Səndən mənə hamilik və diqqət istəyirəm. Sənə salam göndərirəm. Sənin gətirdiyin və hidayətçinə imanımız var. Bizim adımızı şahidlərin zümrəsində sabit et!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930